TÜRKİYƏ SƏFİRİ MİNGƏÇEVİRDƏ
Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz Mingəçevirdə olmuşdur. O, xanımı və səfirliyin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət etmiş, azərbaycanlıların soyqırımı və deportasiyası abidəsinə əklillər qoymuş, şəhəri gəzmişdir.
Mingəçevirdə Özəl Türk Litseyində səfiri hərarətlə qarşılamışlar. Diplomat qaçqınların çadır şəhərciyində doğma yurd-yuvalarından didərgin düşmüş ailələrlə görüşmüş, Türkiyə dövlətinin azərbaycanlı qaçqınların öz torpaqlarına qayıdıb məskunlaşması üçün bütün səylərini bundan sonra da əsirgəməyəcəyini bildirmişdir.
Səfir Əməhd Ünal Çeviköz şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. Şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı səfiri salamlamış, Mingəçevirin tarixi, sosial-iqtisadi imkanları barədə qonaqlara məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]