Türkiyə Superliqası: “Fənərbağça” İstanbul derbisini iki cavabsız qolla qazanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ülker” stadionunda keçirilən oyunda “Fənərbağça” “Başakşəhər”i qəbul edib və rəqibinə iki cavabsız qolla qalib gəlib - 2:0. Görüşdə qolları Maks Kruze (72) və Vedat Muriç (86) vurublar.
Günün digər qarşılaşmalarında “Alanyaspor” səfərdə “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub edib. “Kayserispor” - “Antalyaspor” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Turun digər görüşləri yanvarın 26-27-də keçiriləcək.
Hazırda turnir cədvəlində “Sivasspor” klubu 40 xalla vahid liderdir. “Fənərbağça” 37 xalla ikinci, “Başakşəhər” 36 xalla üçüncüdür.