Türkiyə və Gürcüstanın müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində türkiyəli həmkarı Yaşar Güler ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrakli Çikovani Türkiyə dövlətinə və müdafiə nazirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə təşəkkür edib. Son onilliklər ərzində Gürcüstanın Müdafiə Qüvvələrinin inkişafı prosesində Türkiyənin maddi-texniki və maliyyə yardımı, eləcə də Əsas Paketdə (SNGP) nəzərdə tutulan təşəbbüslərin həyata keçirilməsindəki səyləri xüsusi vurğulanıb.
Dünyada mövcud təhlükəsizlik mühiti, Qara dəniz regionunun təhlükəsizliyi və bununla bağlı çağırışlar görüşün əsas mövzularından biri olub. İrakli Çikovani bu fonda Gürcüstanla Türkiyə arasında strateji əməkdaşlığın vacibliyinə toxunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
- 03.10.2026 [06:51]
Hörmüz boğazında neft tankerinə atəş açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]