Türkiyədə “Azərbaycanın səsi” jurnalı işıq üzü görüb
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) “Azərbaycanın səsi” jurnalının nəşrinə başlayıb.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, jurnalın redaktoru TADEF-in sədri, Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündardır.
Nəşrin məqsədi Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırmaq, milli mədəniyyətimizi, tariximizi qardaş ölkədə tanıtmaq, eləcə də Türkiyədə yaşayan soydaşlarımız arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə, iki qardaş xalq arasında iqtisadi, mədəni, sosial əlaqələrin daha da inkişafına nail olmaqdır.
“Azərbaycanın səsi” jurnalı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ayda bir dəfə nəşr olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [19:00]
“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı
- 23.05.2026 [14:07]
Milli Teatrda "Payız sonatası" hazırlanır
- 23.05.2026 [13:04]
Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub
- 22.05.2026 [22:26]
İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram
- 22.05.2026 [21:52]
WUF13 çərçivəsində mədəniyyət gecəsi VİDEO
- 22.05.2026 [19:57]