DÜNYA
Türkiyədə cümhuriyyətin banisi Mustafa Kamal Atatürkü anma mərasimləri keçirilir
![Türkiyədə cümhuriyyətin banisi Mustafa Kamal Atatürkü anma mərasimləri keçirilir](/files/2013/3/1200x630/14071451204197822252_1200x630.jpg)
İstanbul, 10 noyabr (AZƏRTAC). Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının 95-ci ildönümü ilə bağlı qardaş ölkədə tədbirlər keçirilir.
Türkiyə Prezidenti Abdullah Gül, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazir Rəcəb Tayyib Ərdoğan, nazirlər və deputatlar “Anıtqəbir”ə gələrək Atatürkün məzarı önünə əklil qoymuş, abidə kompleksindəki muzeydə xatirə dəftərini imzalamışlar.
Türkiyə Milli Kitabxanasında keçirilmiş anma mərasimində çıxış edən Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan Qurtuluş savaşında və cümhuriyyətin qurulmasında Atatürkün misilsiz xidmətlərindən bəhs etmişlər.
İstanbul sakinləri isə Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşduğu Dolmabaxça sarayını ziyarət etmişlər.
Anma mərasimləri Türkiyənin bütün şəhərlərində keçirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:42]
Hindistanda dini yığıncaq zamanı yaranan izdihamda 27 nəfər ölüb
- 02.07.2024 [15:43]
Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub
- 02.07.2024 [15:41]
Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək
- 02.07.2024 [15:30]
Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO
- 02.07.2024 [15:25]
Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb
- 02.07.2024 [14:47]