DÜNYA
Türkiyənin Baş naziri Əhməd Davudoğlu yeni hökumətin tərkibini açıqlayıb
Ankara, 29 avqust (AZƏRTAC). Türkiyənin Baş naziri Əhməd Davudoğlu yeni qurulacaq hökumətin tərkibini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə hökumətdə təmsil olunan Beşir Atalay, Hayafi Yazıçı və Emrullah İşler yeni hökumətin tərkibindən kənarda qalıblar.
AKP-nin yeni hökumətində xarici işlər naziri vəzifəsini Mövlud Çavuşoğlu, Avropa İttifaqı üzrə nazir vəzifəsini isə Türkiyə Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komissiyasının sədri Volkan Bozkır tutacaq.
AKP sədrinin müavini Numan Kurtulmuş yeni hökumətdə Baş nazirin müavini postuna gətirilib.
Sentyabrın 8-dək Türkiyə Böyük Millət Məclisi yeni hökumətə etimad göstərəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [12:58]
Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb
- 03.07.2024 [12:43]
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
- 03.07.2024 [12:26]
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
- 03.07.2024 [11:58]
Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb
- 03.07.2024 [11:48]
BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur
- 03.07.2024 [11:46]
Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]