“Tyson Foods” minlərlə kiloqram dondurulmuş toyuq kotletini geri çağırıb
Vaşinqton, 17 avqust, AZƏRTAC
“Tyson Foods. Inc” şirkəti təqribən 14 min kiloqram dondurulmuş toyuq kotletini bu məhsullarda kənar qatışığın ola biləcəyindən ehtiyat etdiyinə görə geri çağırıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, şirkətin məlumatına görə, korlanmış məhsul Missuri, Massaçusets, Konnektikut, Nyu-Hempşir, Nyu-York, Vermont, Ohayo, Pensilvaniya, Texas və Vircinya ştatlarında satılıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi nəzdində Qida Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, geri çağırılan məhsula 2019-cu il yanvarın 31-də istehsal edilmiş və saxlama müddəti 2020-ci il yanvarın 31-nə qədər olan yarım kiloqramlıq “Weaver” toyuq kotletləri paketləri aiddir. Xidmətin nümayəndələri bildiriblər ki, onlar kotletlərdə kənar qatışığın olması barədə istehlakçılardan şikayət məktubları daxil olandan sonra məlumatlandırılıblar. Xidmət alıcılara bu məhsulları tullamağı, yaxud mağazalara qaytarmağı məsləhət görüb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]