Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üçtərəfli Bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir – ŞƏRH

Üçtərəfli Bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir –  ŞƏRH

Bakı, 10 noyabr, AZƏRTAC

“Üç il öncə bu gün - 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından əlamətdar deyil. Bu, həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər yaradan əhəmiyyətli geosiyasi amildir. Yeni geostrateji reallıqlar fonunda Cənubi Qafqazın geosiyasi gündəliyi isə ikivektorludur: birincisi, sülh və etimad quruculuğu, ikincisi isə üçtərəfli formatda yeni platformanın yaradılması məsələsi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli söyləyib.

N.Qələndərli bildirib ki, üçtərəfli formatda yeni platforma dedikdə Cənubi Qafqazın 3 dövləti - Azərbaycan, Gürcüstan və Ermənistan arasında yeni əməkdaşlıq mexanizminin yaradılmasına dair müzakirələr nəzərdə tutulur: “Üç ölkənin işbirliyi ilə “Qafqazın Benilüksü”nü formalaşdırmaq mümkün ola bilər. Təbii ki, konstruktiv yanaşma, milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoyularsa. Azərbaycanın mövqeyi bəllidir. Gürcüstan da öz niyyətini ifadə edir. Ermənistan isə bildiyimiz kimidir. Bu ölkənin siyasi istablişmenti sanki geosiyasi təcrid vəziyyətindən zövq alır, iqtisadi tənəzzülü siyasi həzz kimi qəbul edir, daha bir konstruktiv təklif və təşəbbüsün əleyhinə çıxır”.

“Əslində, bu ideyanın reallığa çevrilməsi Cənubi Qafqazda sülhyaratma məsələsinin öz həllini tapmasından, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasından asılıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, “bizim mövqeyimiz birmənalıdır, açıqdır”. Moskvada, Brüsseldə, Praqada rəsmi Bakının konkret yanaşması qətiyyətlə ifadə olunub. Xarici ölkələrin nümayəndələri - rəsmilər, diplomatlar ölkəmizin rəyinin əsas - mövqeyinin həlledici olduğunu vurğulayırlar. İrəvan isə öz ampluasındadır. Nikol Paşinyan Avropanın siyasi mərkəzində, yaxud digər məkanlarda baş tutan diplomatik təmaslarda - üçtərəfli görüşlərdə “razıyıq” deyib İrəvana qayıtdıqdan sonra “narazılığını bildirir”. Qeyri-konstruktiv, üçtərəfli bəyanatlara və beynəlxalq hüquq normalarına zidd açıqlamalar verilir, öhdəliklər “unudulur”, şərtlər - razılaşmalar pozulur. Bu, həm rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərlə, həm də baş nazirin üçtərəfli görüşlər zamanı söylədikləri ilə üst-üstə düşmür. İrəvan nəzərə almalıdır ki, rəsmi Bakının mövqeyi (müharibə bitib, reallıqları heç kim dəyişdirə bilməz!) tam adekvat yanaşma kimi qəbul olunur. Eyni zamanda, iki dövlət məhz rəsmi Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol və “yol xəritəsi”, yaxud Ermənistanın əlavə şansı və alternativ imkanları yoxdur”, - deyə N.Qələndərli əlavə edib.

Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirləri ilə konstitusiya quruluşunu və suverenliyini tam təmin etməsi müasir dövlətçilik tariximizin ən möhtəşəm hadisəsidir: “Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ toponiminin əvvəlinə yamaq edilmiş “Dağlıq” sözü var. Çünki BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış 4 qətnaməsinin icrasını 44 günlük Vətən müharibəsində təmin edən Azərbaycan 3 il sonra isə üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasına nail oldu. Yəni qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının ərazilərimizdən çıxarılmasına, separatizmin məhvinə müvəffəq olduq. Bu reallıq təsdiqləyir ki, Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir”.

“Son vaxtlar Ermənistanın daxili siyasi kuluarlarında və bir sıra ermənipərəst informasiya resurslarında “ölkədə hakimiyyət dəyişikliyi olsa, yeni iqtidar üçtərəfli Bəyanatın icrasından imtina edəcək” kimi əsassız fikir səsləndirilir. Bu, bütün cəbhələrdə məğlubiyyətə uğramış Ermənistanın növbəti informasiya təxribatıdır. Doqquz bənddən ibarət bu Bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir. Yəni bu, hakimiyyətdə hansı qüvvənin, - istər hazırkı iqtidarın, istərsə də revanşistlərin, keçmiş cinayətkar hərbi qruplaşmanın,- yer almasından asılı olmayaraq, dövlət qarşısında öhdəlikdir. Başqa sözlə, məğlub ölkənin baş naziri onlar üçün kapitulyasiya aktı olan bu sənədi hakimiyyət deyil, dövlət adından məsuliyyət daşıyaraq imzalayıb”, - deyən N.Qələndərli əlavə edib ki, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq separatizmi aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir. Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün görülən işlər Azərbaycanın qarşısında yeni perspektivlər açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar