Üçüncü Kəlağayı Festivalının növbəti ünvanı - Sumqayıt şəhəri
Bakı, 26 may, AZƏRTAC
İyunun 1-də "Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilən Üçüncü Kəlağayı Festivalının davamı bu dəfə Sumqayıt şəhərində təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, festival Heydər Əliyev adına istirahət parkında keçiriləcək.
Festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Kəlağayı ev-muzeyi” və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin təşəbbüsü ilə artıq ənənə halını alan festival Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.
Festivalda “Kəlağayı ev-muzeyi”nin qədimi və müasir kəlağayıları, həmçinin Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri və rəssam Gülnarə Məmmədovanın rəsm işləri sərgilənəcək.
Tədbirdə milli musiqi və folklor nümunələrindən ibarət konsert təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]