UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk oyunlarına yekun vurulub
Bakı, 15 fevral, AZƏRTAC
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son yeddi qarşılaşmada növbəti hesablar qeydə alınıb:
“Brügge” (Belçika) - “Zaltsburq” (Avstriya) - 2:1;
“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:2;
“Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya) - 0:2;
“Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya) - 0:1;
“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya) - 1:3;
“Viktoriya” (Plzen, Çexiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:1;
“Şaxtyor” (Donetsk, Ukrayna) - “Ayntraxt” (Frankfurt, Almaniya) - 2:2.
Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri fevralın 21-də keçiriləcək. Turnirin final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.