UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 19-da keçirilən iki oyunla UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Barselona” ilə “Yuventus” “Nou Kamp” stadionunda üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Beləliklə, öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Yuventus” klubu adını yarımfinala yazdırıb.
Günün digər matçı isə Fransada keçirilib. “Monako” öz meydanında “Borussiya Dortmund”u qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Səfərdə də rəqibindən üstün olan (3:2) “Knyazlıq klubu” yarımfinala yüksəlib.
Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinalında bu komandalar mübarizə aparacaq :
“Real” (Madrid, İspaniya), “Atletiko” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya).
Yarımfinal mərhələsinin püşkü aprelin 21-də atılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]