Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uğursuz dövlət sosial-psixoloji girdabdadır

Uğursuz dövlət sosial-psixoloji girdabdadır

Bakı, 15 sentyabr, Vüqar Seyidov AZƏRTAC

Sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan arasında şərti dövlət sərhədində erməni hərbçilərinin təxribatçı əməllərinin qarşısını almaq üçün rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin növbəti uğurlu əməliyyatı bir tərəfdən, gözlənilən effekti verdi, amma digər tərəfdən Ermənistan cəmiyyətini o dərəcədə təlatümə gətirdi ki, ölkənin indiki baş naziri Nikol Paşinyanın əyləşdiyi stul bir məqamda əməlli-başlı laxladı. Hökumət başçısının dünən Ermənistan Milli Məclisində, sonra isə birbaşa efirdə, feysbuk şəbəkəsində səhifəsində çıxışları bu dövlətin indiki vəziyyətinin çıxılmaz olduğunu əks etdirir, çünki əhalinin revanşist hissəsi bu vəziyyətlə barışmağa hazır deyil. İki qütbün - revanşist qüvvələrin fantastik ümidlərinin və ona tamamilə zidd olan real vəziyyətin qalvanizasiya Ermənistan Milli Məclisinin binası qarşısında “qırılmış qəlblərin” daşıyıcılarının kortəbii şəkildə toplaşmasına gətirib çıxardı, bu prosesin kulminasiya məqamında kütlə binanın darvazalarını qırmağa və içəri soxulmağa cəhd göstərdi - 2020-ci ilin noyabr ayında Ermənistanın baş naziri kapitulyasiya barədə üçtərəfli Bəyanatı imzaladığı gecədə olduğu kimi.

Nə deyəsən, bir tərəfdən, hər şey gözlənilən idi, lakin digər tərəfdən neçə dəfə eyni palçığa batmaq olar!

Ermənistan KİV-nin və sosial şəbəkələrin adi monitorinqi göstərir ki, bu gün erməni cəmiyyəti öz psixoloji tarixinin girdabındadır. Ümidsizlik, panika, isteriya “türklərin” opponenti... Bu uğursuz dövlətin indiki vəziyyətini və onun əhalisinin əhval-ruhiyyəsini əks etdirən başqa sözlər də sadalamaq olar. Siyasi partiya və hərəkatların liderləri bəyanatlarla çıxış edir, bütün bəlaların səbəbkarlarını həm daxili əleyhdarlarında, həm də xarici qüvvələrdə görürlər. Hər kəs başqasını təqsirləndirir, heç kəs öz səhvlərini görmək istəmir: “bütün təqsirlər məndə deyil, bir başqasındadır”.

Məsələn, “Vətən” partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan hesab edir ki, indiki vəziyyətdə təqsirkar Nikol Paşinyan və onun ölkəsinə “xəyanət etmiş”, onu tənha qoymuş, bütün əvvəlki bəlalarına görə Azərbaycanın hərəkətlərini pisləyərək onu “mükafatlandırmamış” xarici qüvvələrdir. O, necə deyərlər, yetənə yetir, yetməyənə daş atır - ATƏT-in də, BMT-nin Təhlükəsizlik Şurasının da (bu Şuranın dörd qətnaməsi barədə 30 il xatırlamırdılar, lakin indi birdən-birə təcili reaksiya göstərilməsi məqsədilə ona müraciət ediblər), KTMT-nin də, hətta RF-nin də adı çəkilir. Hamı Ermənistana “borcludur”. Hamı, təkcə “mələk kimi pak” olan Ermənistanın özündən başqa.

Vanesyan öz bəyanatında yazır: “Bunu dərk etmək zəruridir ki, bu gün yaranmış vəziyyətdə yuxarıda sadalanan dövlətlərin və strukturların, habelə beynəlxalq birliyin digər üzvlərinin məsələyə münasibət bildirməməsi, onların reaksiyasının ləngiməsi, ünvansız və ya qeyri-dəqiq olması, səbəblərindən asılı olmayaraq, Bakıda özbaşınalıq ab-havasını gücləndirəcək, yeni provokasiyalara və qanunsuzluqlara imkan yaradacaq. Buna müvafiq olaraq, yuxarıda adlarını çəkilən aktorlar bu gün sussalar, sabah onlar Azərbaycanın davranışına və addımlarına görə cavabdeh olacaqlar”.

Digər müxalifətçi deputat, Sarkisyanın “Namus” fraksiyasının nümayəndəsi Tiqran Abramyan öz feysbuk səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin uğurlarını etiraf edərək bütün təqsiri Ermənistandakı mövcud iqtidarın üzərinə qoyur. O yazır: “Mən bir daha təkidlə bildirirəm ki, bizim əsas problemimiz hakimiyyətdə olduğu 4 il ərzində Ermənistanı və Arsaxı həyat qabiliyyətindən və müqavimət göstərmək imkanından məhrum etmiş iqtidardır”. O daha sonra əlavə edir ki, “Azərbaycanın tələbləri daha hərtərəfli, daha ambisiyalıdır və bu istiqamətdə həm diplomatik iş, həm də fəal hərbi iş aparılır”.

Artıq iki sutkaya yaxındır ki, “Teleqram” sosial platforması sözün həqiqi mənasında qaynayır, müxtəlif kanallarda Ermənistanın indiki vəziyyətinin təqsiri gah bir, gah başqa qüvvələrin üzərinə qoyulur, heç kəs Vətənin uçuruma yuvarlanmasına öz şəxsi “töhfəsini” görmək istəmir. Onların arasında çox iddialı, hətta sərsəmlik dərəcəsinə görə komik təsir bağışlayanlar da var. Bəziləri isterikaya uyaraq Azərbaycanın neft infrastrukturuna, Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə, qaz kəmərlərinə, hətta işğaldan azad edilmiş ərazilərdə tikilmiş yeni aeroportlara “İskəndər” raketləri yönəlməyə çağırırlar. Əlbəttə, dağıtmaq qurmaq deyil. Onların yaralı qəlbində hələ də belə bir ümid var ki, boru kəmərinin müəyyən hissəsini zədələməklə tarixin çarxını döndərmək mümkün olacaq.

Biz bu bədbəxtləri müəyyən mənada başa düşürük - bir gecəyə, bir günə fantastik arzulardan yaxa qurtarmaq asan məsələ deyil. Xüsusən ona görə ki, bu qədər vaxt və ağrılı ibrət dərsləri, Ermənistanın ah-zarı fonunda qonşu Azərbaycanın uğurları barədə gündəlik məlumatlar kimi yardımçı materiallar olduğu halda bunu tədricən etməyiblər. Bu bədbəxtlər bunu tədricən etmək istəmirsə, bir saatda ayıla biləcəklərmi?! Əsla! İndi onların bircə çarəsi qalıb - Şerinə və RF Dövlət Dumasının digər iddialı deputatlarına yalvarsınlar ki, tezliklə Bakıya taktiki nüvə zərbəsi endirilsin.

Qonşu ölkədə on minlərlə abunəçiləri olan qrafomanlar arasında vəziyyət belədir.

Bəzi başqa müəlliflər səfərbərlik elan etməyə çağırırlar. Guya bu, nəyisə dəyişəcək. Əlbəttə, dəyişəcək, amma yalnız kəmiyyətcə - Yerevana gedən tabutların sayı artacaq.

Sosial şəbəkələrdəki bu postlarla eyni vaxtda Yerevan küçələrində əsl vakxanaliya müşahidə olunur. Məsələn, dünən iqtidarpərəst deputat Ovik Ağazaryana hücum ediblər. Onun sülhə çağırması hələ də Kür çayında çimmək arzusu ilə yaşayanları qəzəbləndirib. Nə deyəsən, bəzi ermənilər ölkədə davamlı sülh olmasını istəmirlər, görünür, Yerevanın Yerablur memorial qəbiristanlığında anaların tükürpədici nalələrini eşitmək onlar üçün xoşdur.

Görünür, onların taleyi belə imiş...

Biz isə öz işimizi davam etdirməliyik - kimi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparmalı, kimi dövlətin sərhədlərini və vətəndaşların sakit həyatını qorumalı, biz isə bu ipə-sapa yatmayan qonşu ölkədə ictimai əhval-ruhiyyəni izləməkdə davam etməli, onların KİV və sosial şəbəkələrində hər gün monitorinq aparmalıyıq, bəzən həmin mənbələrdə oxuduqlarımız bizi dəhşətə gətirsə də...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də