Ukrayna millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə qələbə ilə başlayıb
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin birinci turunda İsveçrə və Ukrayna milliləri qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Ukrayna yığması 5:4 hesabı ilə qalib gəlib.
İlk oyun günündə Portuqaliya-Belarus və Almaniya-İtaliya görüşləri də keçiriləcək. Birinci tura Azərbaycan-Fransa oyunu ilə yekun vurulacaq.