REGİONLAR
Ulu öndər Heydər Əliyevin xatirəsi Ağdam rayonunda dərin hörmət və ehtiramla anılıb
Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağdamlılar pandemiya şəraitinin qayda və tələblərinə əməl edilməklə, Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Ulu Tanrıdan ona rəhmət diləyib, haqqında iftixarla söz açıblar. Bildirilib ki, on yeddi il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi ağdamlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.