Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi milli sərvətimizdir
Bakı, 10 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “İzotop” xüsusi kombinatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə FHN Aparatının məsul şəxsləri və kombinatın əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra FHN “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna nəzər salıb, Azərbaycanın inkişafı naminə həyata keçirdiyi misilsiz işləri diqqətə çatdırıb. F.Aslanov Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini, dünya dövlətləri arasında layiqli yer tutduğunu bildirib.
Tədbir çərçivəsində “İzotop” xüsusi kombinatının əməkdaşı Fariz Rüstəmov “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi milli sərvətimizdir” mövzusunda təqdimatla çıxış edib.
Kombinatın əməkdaşı Cahangir Qulamov Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, gördüyü titanik işlərdən danışıb.