ÜMUMDÜNYA SU FORUMUNA HAZIRLIQLA ƏLAQƏDAR BİŞKEKDƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2009-cu ildə İstanbulda olacaq Ümumdünya Su Forumuna hazırlıqla əlaqədar Bişkekdə regional müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Gürcüstan, Əfqanıstan və İrandan gəlmiş mütəxəssislər iştirak etmişlər.
Tədbirdə ölkəmizi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin departament rəisi Teymur Osmanovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Müşavirədə Mərkəzi Asiyada iqlimin dəyişməsi problemləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi, iqlim dəyişkənliyinin su ehtiyatlarına təsiri, hidrotexniki qurğuların istifadəyə verilməsi, həmçinin İstanbulda keçiriləcək Su Forumuna hazırlıqla əlaqədar bir sıra məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]