ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ DAŞKƏNDDƏ GENİŞ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddəki Nizami Gəncəvi adına Pedaqoji Universitetdə və Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Heydər Əliyevin 85 illiyi ilə əlaqədar tədbirlər keçirilmişdir.
Özbəkistanın dövlət, hökumət üzvlərinin, diplomatların, eləcə də bu ali məktəblərinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi mərasimlərdə səfir Namiq Abbasov “Heydər Əliyev və dünya miqyaslı siyasi xadim” mövzusunda məruzə etmişdir. Səfir Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermiş, ulu öndərin müasir Azərbaycan dövlətinin inkişafındakı xidmətlərindən bəhs etmişdir. O demişdir ki, Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri danılmazdır. Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunub saxlanması üçün biz məhz bu müdrik insana minnətdar olmalıyıq.
Səfir müəllim və tələbələrin suallarını cavablandırdıqdan sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:54]
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]