RƏSMİ XRONİKA
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Litva Respublikasının Prezidenti Valdas Adamkus iyunun 8-də Fəxri xiyabana gəlmişdir.
Burada Litva rəhbərini və xanımını Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Valdas Adamkus türk dünyasının görkəmli oğlu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə gül dəstəsi qoydu.
Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək gül qoydu.
H.Abutalıbov Litva rəhbərinə Fəxri xiyabanın tarixi barədə məlumat verdi.