UNEC-də abituriyent və valideynlər üçün “Açıq qapı” günü keçiriləcək
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü təşkil ediləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə iştirak edənlər universitetin tədris prosesi, təklif olunan ixtisaslar, qəbul qaydaları, tələbə həyatı və digər yeniliklər barədə ətraflı məlumat ala biləcəklər. Tədbir UNEC-in təhsil mühitini yaxından tanımaq və gələcək ixtisas seçimi üçün faydalı məsləhətlər əldə etmək istəyən hər kəs üçün ideal fürsətdir.
İştirak etmək üçün vatsap vasitəsilə 012 492 60 43 nömrəsinə yazmaq və qeydiyyatdan keçmək kifayətdir.
Abituriyentlərlə görüş saat 10:00-dan 13:00-dək davam edəcək.
Ünvan: UNEC-in əsas tədris binası, İstiqlaliyyət küçəsi, 6
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:28]
AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur
- 08.06.2026 [11:48]
Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?
- 08.06.2026 [11:37]
Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı
- 08.06.2026 [10:40]
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
- 08.06.2026 [10:38]
DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]