UNEC ilə Qırğız Dövlət Universiteti arasında əməkdaşlıq aktual və innovativ istiqamətləri əhatə edir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə İ.Arabayev adına Qırğız Dövlət Universiteti arasında əməkdaşlıq aktual və innovativ istiqamətləri əhatə edir.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Qeyd olunub ki, universitetlər arasında keçirilən görüşlərdə universitet idarəetməsi, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, birgə elmi məqalələrin hazırlanması və konfransların təşkili ilə yanaşı, rəqəmsal təhsil, süni intellekt və universitetlərdə startap ekosisteminin inkişafı məsələləri də müzakirə olunub.
Bu müzakirələr nəticəsində İ.Arabayev adına Qırğız Dövlət Universitetinin rektoru Aigul Abdrayeva UNEC-ə səfər edib və iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində Qırğızıstan nümayəndə heyətinə UNEC-də tətbiq olunan rəqəmsal universitet modeli təqdim olunub. Qonaqlar universitetin EDUMAN elektron idarəetmə sisteminin fəaliyyəti ilə tanış olublar.
Beləliklə, rəqəmsallaşma, süni intellekt və müasir universitet idarəçiliyi üzrə aparılan müzakirələr konkret əməkdaşlıq sənədinin imzalanması ilə yeni mərhələyə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [16:39]
Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb
- 02.09.2026 [16:06]
Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb
- 02.09.2026 [15:25]
BMU-nun üç ikili diplom proqramı üzrə qəbul planı tam yerinə yetirilib
- 02.09.2026 [15:11]
UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir
- 02.09.2026 [14:25]
BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub
- 02.09.2026 [14:01]
Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli?
- 02.09.2026 [13:50]