UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovla görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Rektor səfirə UNEC-in müəllim və tələbələrinin Türkiyənin aparıcı universitetlərində təcrübə və mübadilə proqramlarında iştirak etdiyini, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) Türkiyə ali təhsil sisteminə tam inteqrasiya edilməsi, türk dilində nəşr edilən yeni dərsliklərlə TUDİFAK-ın təmin edilməsi barədə də fikir mübadiləsi aparılıb.
UNEC-in əldə etdiyi uğurlardan məmnunluğunu bildirən səfir Cahit Bağçı qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]