UNİBANK KOMMERSİYA BANKI BU İLİN BİRİNCİ RÜBÜNÜN MALİYYƏ YEKUNLARINI BAŞA VURMUŞDUR
UniBank Kommersiya Bankı bu ilin birinci rübünün maliyyə yekunlarını başa vurmuşdur. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2007-ci ilin yanvar-mart aylarının yekunları ilə müqayisədə əsas maliyyə göstəriciləri üzrə
sabit artım müşahidə olunmuşdur.
Bankın aktivləri 2007-ci ilin mart ayı ilə müqayisədə 145 faiz artaraq, 417,688 milyon AZN təşkil etmiş, bu il yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə 7 faiz artıq olmuşdur.
Bankın kredit portfeli il ərzində 197,2 faiz artaraq 309,164 milyon AZN təşkil etmişdir ki, bu da yanvarın əvvəlində olduğundan 12,8 faiz çoxdur.
Martın 1-nə olan vəziyyətə görə bankın cəlb etdiyi depozitlər 125, 949 milyon AZN olmuş, həmin göstəricinin illik artımı 35,6 faiz, 2008-ci il üçün artım isə 1,4 faiz təşkil etmişdir.
Martın yekunlarına görə bankın gəlirləri ötən ilin oxşar dövrü ilə müqayisədə 183,3 faiz artaraq 17567 min AZN, balans mənfəəti isə 2007-ci ilin eyni dövrünə nisbətən 141,2 faiz artaraq 3 654 min AZN təşkil etmişdir.