“UNİLEASİNG” ŞİRKƏTİ 25-DƏN ARTIQ TİKİNTİ TEXNİKASINI SATMIŞDIR
“Unileasing” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tikinti texnikasının satışı üzrə layihə çərçivəsində investisiyalarının məbləği 1 milyon ABŞ dollarını keçmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, qurum və “Grand Motors” şirkətinin ötən ilin avqustundan birgə həyata keçirdikləri “New Holland tikinti texnikasının lizinqi” layihəsi çərçivəsində artıq 25-dən çox texnika satılmışdır.
Layihənin şərtlərinə əsasən, ən müasir ekskavator, buldozer və yükvuran maşınları illik 16 faizlik dərəcə ilə 48 ay müddətinədək lizinq vasitəsilə əldə etmək olar.
Orta hesabla hər ikinci New Holland tikinti texnikası yerli bazarda “Unileasing” şirkətinin lizinqi kimi sərfəli şərtlə satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]
Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?
- 05.06.2026 [16:42]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb
- 05.06.2026 [16:33]