Azərbaycan Dövlət İnformasiya Agentliyi

USAID dünyada inkişafı deyil, xaosu stimullaşdırır - ŞƏRH

USAID dünyada inkişafı deyil, xaosu stimullaşdırır -  ŞƏRH

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təqribən 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır. Agentliyin məramnaməsində qeyd edilir ki, o, xarici ölkələrdə mülki-humanitar yardımların çatdırılmasını, həmçinin demokratik inkişafı hədəfləyən proqramların icrasını reallaşdıran təsisatdır. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAID vasitəsilə icra edilir. Amma təcrübə göstərir ki, USAID fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, yaratdığı xaos və dağıntılarla yadda qalır. İşlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək göstərməsi ilə məşhurdur. ABŞ xarici yardım siyasətinin rəsmi komponenti kimi qurulan USAID son hərəkətləri ilə daha çox Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda görünür. ABŞ-ın hədəfində olan ölkələrdə fəlakətlər törədir.

Bir ay əvvəl - oktyabrda Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAID-i ifşa edən rəsmi açıqlama yayaraq onu bu ölkədə inqilabi proseslərin planlaşdırılmasında ittiham etdi. Amma bu, USAID-in adının hallandığı ilk qalmaqal deyil. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 ildə baş verən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında USAID-in iştirakı görünür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü media eksperti Müşfiq Ələsgərli söyləyib.

"Problem ondadır ki, USAID özünün bütün bu əməllərini “demokratiyaya dəstək” adı altında törədir. Bu təşkilat ABŞ-ın siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını “qrantlar vermək” adı ilə ələ alır. Reallıqda isə onları maddi vəsaitlə şirnikləşdirir, əvəzində legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir. Bu kontekstdə USAID-in imkanları hədsiz dərəcədə genişdir. Təkcə 2023-2025-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək” adı altında USAID 9 milyard dollardan çox vəsait sərf edib. Beləliklə, o, real fəaliyyətini “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında pərdələyir. Əslində isə bununla təşkilat siyasi proseslərə müdaxilə edir, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışır. Gürcüstan DTX-nin açıqladığı son məlumat bu baxımdan indiyədək bilinən faktların rəsmi şəkildə ifadəsidir.

Faktlar sübut edir ki, ABŞ İkinci Dünya müharibəsindən sonrakı 70 il ərzində Avropa məkanında, ümumilikdə dünya miqyasında öz hegemonluğunu təmin etmək üçün bu mexanizmdən də faydalanıb. USAID “humanitar yardım göstərmək”, “demokratik inkişafı dəstəkləmək” adları ilə çoxsaylı “donor institutlar” və “QHT şəbəkələri” formalaşdırıb. ABŞ-ın hansısa regionda maraqları təhlükəyə düşəndə həmin təsisatlar aktivləşib. Onlar ərazisində fəaliyyət göstərdikləri milli hökumətləri fakt qarşısında qoyaraq, güzəştlərə sövq ediblər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb”, - deyə M. Ələsgərli vurğulayıb.

Onun sözlərinə görə, USAID, NED (National Endowment for Democracy), Marşall, İREX və digər “beynəlxalq donorlar” məhz bu proqramın icraçıları olaraq meydana çıxarılıb. Onların çevrələrində QHT-lərdən, media orqanlarından ibarət şəbəkələr formalaşdırılıb. Ayrı-ayrı ölkələrdə yüzlərlə “milli” QHT var ki, öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları qeyd-şərtsiz yerinə yetirir.

Azərbaycan bu vəziyyətlə total şəkildə ilk dəfə 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi dövründə üzləşib. Daha sonra Birinci Avropa Oyunları ərəfəsində “QHT şəbəkələri”nin hədəfinə çevrilib. Azərbaycanın adına uğur gətirən bütün hadisələr bu şəbəkələrin hədəfinə çevrilib.

İkinci Qarabağ müharibəsi dönəmində, sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri zamanı da ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan QHT-lər və KİV -lər də məhz bu şəbəkələrin üzvləri idilər.

Son vaxtlar yenidən aktivləşən, heç bir əsas olmadan Azərbaycanı “etnik təmizləmə”də, “Ermənistan ərazisini işğal etməy”ə hazırlaşmaqda ittiham edən bəzi KİV-lər və QHT-lər də eyni missiyanı yerinə yetirirlər. ABŞ Dövlət Departamenti və ya Konqres direktivlər yaradır, bu direktivlər USAID, NED və digər “donorlar” vasitəsilə QHT/KİV şəbəkələrinə ötürülür və beləliklə, qarayaxma kampaniyaları intişar tapır”.

Ekspert bildirib ki, qondarma “hüquq müdafiəçiləri”nin son fəallaşmaları da baş ofisi ABŞ-da yerləşən NED tərəfindən Azərbaycanla bağlı elan olunan yeni qrant layihələri ilə eyni vaxta təsadüf edir. Bu layihələrdən görünür ki, ölkəmizdə xaricdən idarə olunacaq yeni QHT/KİV şəbəkəsinin formalaşdırılması istiqamətində ciddi iş gedir. NED-in Azərbaycan üçün 2022-ci ildə təsdiqlədiyi qrantın ümumi məbləği 970 min 235 dollar təşkil edib. Bu məbləğin 398 min 837 dolları “Bakıda və regionlarda vətəndaş iştirakçılığının fəallığının artırılması, “insan hüquqlarının müdafiəsi” adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi” və bu kimi digər layihələrə həsr olunub.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, ABŞ administrasiyası 2021-ci ilin dekabrında keçirilən qalmaqallı “Demokratiya sammiti” çərçivəsində yeni strategiya qəbul edib. “Antikorrupsiya strategiyası” adlanan bu sənədlə USAID, “jurnalistlər”, “QHT-lər”, “hüquq müdafiəçiləri” üçün yeni imkanlar yaradılır. Hətta fəallıq göstərənlər üçün “Çempionlar mükafatı”nın təsis edilməsinə qərar verilir.

Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAID vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. USAID-in “Qlobal Hesabatlılıq Proqramı” vasitəsilə müxtəlif ölkələrdə ABŞ tərəfdarları olan QHT/KİV-lərə əlavə vəsaitlərin çatdırılması üçün layihələr icra olunacaq. Bu layihələrə QHT-lər və KİV-lərlə yanaşı, “araşdırmaçı-jurnalistlər”, “hüquq müdafiəçiləri” də cəlb ediləcəklər.

Belə nəticə çıxır ki, ABŞ-ın “donor institutları”nın dünyada yaratdığı xaos səngiməyəcək, əksinə, daha da genişlənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH