Uşaq evində seminar keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Suraxanı rayonundakı 2 nömrəli uşaq evində seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Sosial təcrid olunmuş uşaqların riskli davranışlardan uzaqlaşdırılması üçün maarifləndirmənin aparılması” layihəsi çərçivəsində keçirilmiş seminarda uşaq evinin tərbiyəçiləri və burada tərbiyə olunan uşaqlar iştirak etmişlər.
Seminarda məlumat verilmişdir ki, məqsəd valideyn qayğısından uzaq uşaqları maarifləndirmək, onların gələcəkdə insan alveri qurbanlarına çevrilməsinin qarşısını almaqdır.
Tədbirdə bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılmışdır.
Sonda İB-nin rəhbərliyi tərəfindən burada tərbiyə olunan 126 uşağa müxtəlif hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]