Uşaq İncəsənət Festivalı Şəmkirdə
Şəmkir, 30 aprel, Elcan Məmmədov, AZƏRTAC
“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.
Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri üçün Şəmkir rayon Mədəniyyət Mərkəzinin qarşısında bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.