Azərbaycan Dövlət İnformasiya Agentliyi

UTANMASAN OYNAMAĞA NƏ VAR VƏ YAXUD FRANSADAKI ERMƏNİLƏRİN XOCALI FACİƏSİ QORXUSU

Paris, 23 fevral (AZƏRTAC). XX əsrin ən ağrılı və ən qanlı qırğını olan Xocalı faciəsinin 17-ci ildönümünün Azərbaycanda və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunması nəniki Ermənistanda, habelə xarici ölkələrdə, o cümlədən Fransada yaşayan erməniləri qorxuya salmışdır. Bunu Fransanın erməni mətbu orqanlarında faciə ilə əlaqədar dərc edilmiş yazıların ruhundan aydınca duymaq mümkündür.

Dünya ictimaiyyətinə özlərini bəşəriyyətin “sülhsevər və ən hümanist xalqı” kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxan ermənilər Fransada nəşr etdirdikləri mətbu orqanlarında Xocalı hadisələrindən söhbət açarkən “faciə” sözünü işlətməkdən çəkinmiş, 1992-ci il fevralın 25-dən 26-na keçən dəhşətli gecədə baş vermiş vəhşiliyi beynəlxalq aləmə “Xocalı uğrunda gedən döyüşlər” kimi çatdırmağa səy göstərirlər.

Fransada məskunlaşmış ermənilər 1855-ci ildən başlayaraq güclü erməni lobbisinin vəsaiti hesabına onlarla adda qəzet, jurnal və bülletenlər buraxmağa başlamışlar. Onların bir çoxu sonralar öz nəşrini dayandırmışdır. Hazırda fəaliyyətini davam etdirən “ACAM”, “Frans-Armeni”, “Hayistan”, “Armenizer”, “UMAF”, “Azadmaqazin”, “Ermənistan xəbərləri”, “Parev” və digər mətbu orqanlar illər boyu Türkiyəyə və Azərbaycana qara yaxmaqla məşğul olmuş və bu gün də bu işlə məşğuldurlar.

Fransa ermənilərinin Əlaqələndirmə Şurasının və əsası XIX əsrin sonlarında Fransada qoyulmuş “Daşnakstyun” partiyasının ideyalarına xidmət edən bu mətbu orqanların əksəriyyəti müasir silahlarla silahlanmış erməni hərbi birləşmələrinin rus alayının köməyi sayəsində Xocalıda törətdikləri faciəyə başqa don geydirərək, fransız ictimaiyyətini aldatmağa səy göstərir.

Parisdə nəşr edilən “Ermənistan xəbərləri” (“Les Nouvelles d’Armenie”) qəzetinin son nömrələrində Xocalı faciəsi ilə bağlı dərc olunmuş yazıların müəllifi hadisələri başqa səmtə yönəltməyə səy edərək, Azərbaycan dövlətinin bundan azərbaycanlılarda ermənilərə qarşı nifrət hissini gücləndirmək, erməniləri dünya ictimaiyyətinin gözündən salmaq vasitəsi kimi istifadə etməsi haqda gülünc ideya ortalığa atmışdır. Başqa bir yazıda isə 7 minlik əhalisi olan Xocalıda törədilmiş qırğının qəsdən ermənilərin üzərinə yıxıldığı kimi uydurma fikir söyləyərək fransız oxucularını çaşdırmağa səy göstərirlər.

“Frans-Armeni” qəzeti isə bir qədər irəli gedərək, “Sumqayıt hadisələrini” yada salmış, azərbaycanlılar tərəfindən ermənilərin qətlə yetirilməsini Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasına səbəb kimi göstərmişdir. Bu qəzet daha bir tarixi saxtakarlığa yol vermiş, hadisənin əsl mahiyyətini olduğu kimi oxucuya çatdırmamışdır. Yazının müəllifi tarixə müraciət edib araşdırmalar aparmaq əvəzinə, hadisə barədə ermənilərin uydurduğu faktlara əsaslanmaqla özünə asan yol seçmişdir. O, nədənsə ermənilərin bu hadisəyə illər boyu hazırlaşdıqlarını, 1905-1907-ci və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, 1948-ci, 1953-cü və 1988-ci illərdə tarixən Azərbaycan ərazisi olmuş indiki Ermənistandan ermənilərin apardığı etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarından deportasiya edilməsi faktlarının üzərindən sükutla keçmişdir. Sumqayıt hadisələrinin ermənilərin Azərbaycana qarşı düşünülmüş şəkildə apardıqları mənfur siyasətin təzahürü olmasını, hadisə zamanı bir neçə erməninin öldürülməsində məhz öz həmvətənlərinin əli olmasına dair təkzibolunmaz faktların artıq üzə çıxmasını bu jurnalistə xatırlatmağa ehtiyac yoxdur. Belə yerdə xalqımızn bir atalar sözü yada düşür: Utanmasan oynamağa nə var.

Başqa bir erməni mətbu orqanında dərc olunmuş yazıda Xocalı faciəsi ilə bağlı faktlar gizlədilmiş, “Xocalı uğrunda getmiş döyüşlərdə hərbçilərlə birlikdə 200 nəfərin həlak olduğu” qeyd edilmişdir. Doğrunu yalan, yalanı isə doğru kimi qələmə verməklə dünya ictimaiyyətini aldatmağa vərdiş etmiş ata-babalarının yolu ilə gedən erməni mənşəli fransız jurnalisti Xocalı faciəsi ilə bağlı Azərbaycan mətbuatına deyil, elə yaşadıqları ölkənin həmin dövrdə faciədən bəhs etmiş qəzetlərinə nəzər yetirsəydi, yaxşı olardı. “Le Monde”, “Le Fiqaro”, “Valver aktual” və digər fransız qəzetlərində XIX əsrdən indiyə qədər ölkəmizin fasiləsiz olaraq erməni vəhşiliklərinə məruz qaldığı diqqətə çatdırılmış, faciə zamanı 613 nəfər günahsız xocalılının, o cümlədən 106 qadının və 63 uşağın qətlə yetirildiyi, 1275 nəfərin əsir götürüldüyü və 155 nəfərin itkin düşdüyü qeyd edilmişdir.

İftira və böhtana əl atmış bu jurnalist ASALA erməni terrorçu təşkilatının fəal üzvlərindən Vazgen Sisyanın onlarla azərbaycanlını vəhşicəsinə qətlə yetirdiyi ilə öyünərək fəxr etməsini, əli günahsız insanların qanına batmış bu caniyə Xocalı faciəsində həmvətənindən heç də geri qalmamış Ermənistanın keçmiş prezidenti Robert Köçaryan tərəfindən “milli qəhrəman” adı verilməsini, törətdikləri cinayətlərin izini itirmək üçün öldürülmüş azərbaycanlıların meyitlərini bir yerə toplayaraq yandırmalarını, gözlərini qan tutmuş, vəhşiliyə həris ermənilərin hətta meyitlər arasında sağ qalmış uşaqlara belə aman vermədən tonqala atıb həyatlarına son qoymalarını nə üçün xatırlatmır.

Xocalı faciəsinin erməniləri qorxuya salması əbəs deyildir. Bunun səbəbi bir tərəfdən tarixi faktlara əsaslanan Azərbaycan diplomatiyasının Ermənistan diplomatiyasını üstələməsi, digər tərəfdən isə Xocalı faciəsinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması sahəsində ölkəmizin apardığı siyasətdir.

Əslində ermənilərdə Xocalı faciəsinin qorxusu bir neçə il bundan əvvəl Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərini, Xocalı faciəsini bütün dünya ictimaiyyətinə çatdırmaq məqsədilə müxtəlif dillərdə çap olunmuş kitab, bröşür və digər vəsaitlərin xaricdə yayılması, məşhur dünya kitabxanalarında yerləşdirilməsi, ölkəmizin hüdudlarından kənarda keçirilmiş tədbirlərlə başlamışdır. Parisdəki mitinqlərdə Azərbaycan təbliğatının getdikcə güclənməsindən, Xocalı faciəsini fransızlara dolğun və düzgün şəkildə çatdırılmasında tələbələrimizin geniş fəaliyyətindən, onların bu barədə vərəqələr yaymasından ermənilərin narahat olmaları düşmənlərimizin kürkünə əməlli-başlı birə düşməsindən xəbər verir. Hətta, onlar açıq-açığına Azərbaycan təbliğatına qarşı mübarizə etmək barədə çağırışlar səsləndirməkdən belə çəkinmirlər.

Nəhayət Xocalı faciəsinə siyasi qiymət verilməsi və soyqırımı kimi tanınması üçün Azərbaycan dövlətinin beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması ermənilərin qorxusunu bir qədər də artırmışdır.

Xalqımız əmindir ki, beynəlxalq ictimaiyyət arasında Xocalı faciəsi ilə bağlı haqq-ədalət öz yerini tapacaq, onun səbəbkarları isə layiqli cəzalarını alacaqlar.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir