İQTİSADİYYAT
Vahid Çağrı mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinin bütün strukturları ilə əlaqə saxlamaq mümkündür
![Vahid Çağrı mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinin bütün strukturları ilə əlaqə saxlamaq mümkündür](/files/2022/2/1200x630/16522785042031420289_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən ayrı-ayrılıqda müxtəlif platformalarda, formatlarda əhaliyə, o cümlədən vergi ödəyicilərinə, sahibkarlara çoxçeşidli xidmətlərin göstərildiyini nəzərə alaraq, vahid yanaşmanın tətbiqinə zərurət yaranıb. Bu səbəbdən də İqtisadiyyat Nazirliyinin vahid Çağrı mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin sektoru müdiri Dürdanə Əhədova jurnalistlərə açıqlamasında söyləyib.
D.Əhədova bildirib ki, əvvəllər vətəndaşlar Çağrı mərkəzinin “195-1”, “195-2” və “195” nömrələrinə zəng etməklə cavab ala bilərdilər. Lakin indi heç bir koddan istifadə etmədən “195-1” nömrəsinə zəng edərək xidmətlərdən yararlanmaq mümkündür.