“VARLI QADIN”... QUBA, QUSAR VƏ XAÇMAZA YOLA DÜŞMÜŞDÜR
Milli Akademik Dram Teatrının yaradıcı kollektivi respublikamızın şimal bölgəsinə qastrol səfərinə yola düşmüşdür. Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, qastrol müddətində sənətsevərlər sevimli aktyorların ifasında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” iki hissəli komediyasına baxacaqlar. İstedadlı rejissor Bəhram Osmanovun quruluş verdiyi tamaşada tanınmış səhnə ustaları, xalq artistləri İlham Namiq Kamal, Firəngiz Mütəllibova, əməkdar artistlər Mehriban Xanlarova, Əsgər Məmmədoğlu, gənc aktyorlar Rövşən Kərimduxt, Elşən Cabrayılov və başqaları çıxış edəcəklər. Üç günlük qastrol zamanı bu tamaşa Quba, Qusar və Xaçmaz rayonlarında göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]