Vergi ödəyiciləri üçün mobil imkanlar genişləndirilir
Bakı, 31 mart, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (taxes.gov.az) İOS istifadəçiləri üçün versiyası vergi ödəyicilərinin ixtiyarına verilib.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, burada yerləşdirilən nazirlik haqqında, bir pəncərə, qanunvericilik, müraciətlər, bəyannamələr, yeniliklər, elektron xidmətlər, media, sual-cavab və digər bölmələrlə bağlı yeni əlavələri vergi ödəyiciləri smartfonlarına yükləyə bilərlər.
Qeyd olunub ki, bir neçə gün öncə nazirlik tərəfindən android istifadəçiləri üçün də əlavələr təqdim edilib.