Vergi ombudsmanının əsas hədəflərindən biri vergiödəyicilərini narahat edən problemləri minimuma endirməkdir
Bakı, 3 may, AZƏRTAC
Vergiödəyicilərinin bütün müraciətləri Vergilər Nazirliyinin müvafiq qurumlarına daxil edildikdən sonra, həmin qurumların fəaliyyətinin monitorinqi aparılacaq. Vergi ombudsmanı isə həmin qurumların işləri ilə bağlı öz tövsiyəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 3-də Vergilər Nazirliyində keçirilən brifinqdə vergi ombudsmanı Elçin Məmmədov deyib.
O qeyd edib ki, əgər vergi orqanının verdiyi qərar vergiödəyicilərinin hüquqlarının pozulmasına gətirib çıxarırsa, ombudsmanın vəzifəsi bu məsələni mütləq rəhbərliyə məruzə etməklə, onun həllinə nail olmaqdır: “Vergilər Nazirliyinin, o cümlədən vergi ombudsmanının əsas hədəflərindən biri vergiödəyicilərini narahat edən problemləri minimuma endirməkdir. Belə hallar baş verərsə, tez bir zamanda vergiödəyicilərinin hüquqları bərpa olunmalıdır ki, onların nazirlik əməkdaşlarına və ombudsmana inamı itməsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]