Vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 22-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcəkdir.
Bu tədbir “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq həyata keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Vergilər Nazirliyində yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etmişlər. Onlardan 1620 nəfərinin namizədliyi qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]