VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşları Yardımlı rayon sakinləri Zahir Nəzərovdan 0,239 qram, Sadiq Nəzərovdan isə 0,262 qram heroin götürmüşlər.
Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Eyvazovun idarə etdiyi “Tofaş” markalı avtomaşından 1,46 qram həşiş, 2 ədəd şüşə qabda dimedrol, 1 ədəd şüşə qabda relanium inyeksiyaları, sərnişini, İsmayıllı rayon sakini Elşən Həmidovdan isə 1,19 qram həşiş, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini Faiq Əlizadədən 1,335 qram, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Göyçay rayon sakini Aqif Abbasovdan 0,564 qram, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini Rahil Qocayevdən 0,305 qram heroin aşkar edərək götürmüşlər.
Tatarlı kəndi ərazisində 0,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 674 kiloqram olan 1240 ədəd çətənə kolu Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yığılaraq məhv edilmişdir.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə axtarışda olan Samir Babayev tutulmuş, ondan 0,251 qram heroin müsadirə edilmişdir.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.