Violin ifaçısı Leonid Barştak incəsənət məktəbinin şagirdlərinə ustad dərsi keçib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycanın Əməkdar artisti, hazırda İsrail Xayfa simfonik orkestrinin artisti, violin ifaçısı Leonid Barştak Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violin sinfinin istedadlı şagirdlərinə ustad dərsi keçib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ustad dərsində musiqiçi həyat və yaradıcılığı ilə şagirdləri tanış edib, həmçinin ifaçılıq, eləcə də pedaqoji təcrübəsini müəllim və şagirdlərlə bölüşüb.