Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Virtual məktəb” fəaliyyət göstərdiyi bir il ərzində fasiləsiz və innovativ təhsili reallaşdırmağa nail olub

“Virtual məktəb” fəaliyyət göstərdiyi bir il ərzində fasiləsiz və innovativ təhsili reallaşdırmağa nail olub

Bakı, 2 aprel, AZƏRTAC

“Virtual məktəb”in yaradılmasından bir il ötür.

AZƏRTAC Təhsil Nazirliyinə istinadla platformanın fəaliyyəti barədə məlumatı təqdim edir.

Ötən il dünyada COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranarkən, ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanılıb. Belə ki, atılan çevik addımlardan biri 2020-ci il aprelin 2-də hazırda ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”in fəaliyyətə başlaması olub.

Əhatə - Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.

Milli məzmun - Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, monitorinq, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. “Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı və öyrədici formada təşkil etmək məqsədilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya inteqrasiya olunub. Bununla bağlı, “Virtual məktəb” saytında innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkanı da yaradılıb. Həmçinin “Virtual məktəb”də təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, platforma geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün “Microsoft Stream” vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq.

Peşəkar inkişaf - Platformadan istifadə müəllimlərin İKT-dən istifadə bacarıqları inkişafına və tədrisdə rəqəmsal texnologiyaların tətbiqinə şərait yaradıb, müəllimlik vəzifəsinə hazırlaşan tələbələr üçün onlayn təcrübə proqramları həyata keçirilib. Peşəkar inkişaf və məktəbdənkənar fəaliyyətin təşkili istiqamətində 22 min 847 nəfər şagirdin iştirak etdiyi 34 dərnək, 110 min 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib.

Platformanın geniş imkanları - Qiymətləndirmə alətlərinə malik “Virtual məktəb” platforması vasitəsilə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə monitorinq qiymətləndirmə təşkil olunub. Bununla yanaşı, cari ilin yanvar ayı ərzində müəllimlər “Virtual məktəb”də təqdim edilən müxtəlif qiymətləndirmə metodlarından istifadə etməklə məktəbdaxili qiymətləndirmə həyata keçiriblər.

“Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi aparılır. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.

2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan istifadə edənlər ümumilikdə 1 milyon 14 min 743 nəfər, rəqəmsal lövhədən istifadə edənlər 201 min 771 nəfər, ofis proqramları üzrə “Word” proqramından 132 min 900 nəfər, “Excel” proqramından 30 min 627 nəfər, “PowerPoint” proqramından isə 65 min 233 nəfər istifadə edib.

Valideyn nəzarəti - “Virtual məktəb” vasitəsilə valideynlər övladlarının tədris prosesini izləyə bilir, bu da öz növbəsində şagird nailiyyətlərinin yaxşılaşdırılmasında öz müsbət rolunu göstərməkdədir. Belə ki, valideynlər platforma vasitəsilə şagirdin dərs prosesində iştirakına və nəticələrinə nəzarət edə bilir, ev tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak edir, həmçinin platformada təşkil edilən psixoloji dəstək saatları və digər maarifləndirici vebinar və tədbirlərə qoşula bilirlər.

Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsi - Son illər ölkədə təhsil sahəsində rəqəmsal texnologiyaların uğurlu tətbiqi nəticəsində Azərbaycanın “Microsoft” korporasiyasının formalaşdırdığı, UNESCO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasında iştirakı mümkün olub. Koalisiya aparıcı ölkələrin texnologiya liderləri ilə təcrübə mübadiləsi əsasında rəqəmsal transformasiyanın daha effektiv və səmərəli olmasına dəstək göstərir. “Microsoft” şirkətinin rəsmi internet saytında Azərbaycanın uğurlu rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalələr dərc olunub. Məqalələrdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pandemiyanın yaratdığı çətinliklərə cavab olaraq, qısa zaman kəsiyində seçdiyi düzgün strategiya, resurs və texnologiyalar vasitəsilə qurduğu onlayn təhsil imkanları barədə ətraflı məlumat verilib.

Data-əsaslı təhsil modeli - Platformada mərkəzləşdirilmiş monitorinq imkanı var ki, bu da öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün “Power BI” aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan yerlərdə zənginləşdirməyə imkan verir.

Texniki dəstək - “Virtual məktəb” saytında platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün detallı videotəlimatlar təqdim olunur. Həmçinin platformadan istifadə ilə bağlı əlavə sualı yaranan vətəndaşlar üçün “Virtual bələdçi” xidməti, 146-4 “Qaynar xətt” xidməti və [email protected]  elektron poçt ünvanı fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb