Virusoloqlar insanabənzər meymunlar üzərində MERS-CoV əleyhinə vaksinin ilk sınağını uğurla həyata keçiriblər
Bakı, 1 avqust, AZƏRTAC
Virusoloqlar insanabənzər meymunlar üzərində MERS-CoV (Yaxın Şərq ölkələrində respirator koronovirusu) əleyhinə vaksinin ilk sınağını uğurla həyata keçiriblər.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hazırda sınaqdan keçirilən vaksin məhvedici virusa qarşı siçan və meymunlarda artıq immunitet yarada bilmiş Amerika alimləri tərəfindən hazırlanıb.
Tədqiqat zamanı JordanN3 virusunun ştammından istifadə edilib. Diqqətəlayiqdir ki, tarixdə ilk dəfə olaraq alimlər nəinki virusu daxildən, həm də xaricdən hədəfə alan anticisim hazırlamağa müvəffəq olublar. Onun tətbiq edilməsi ilə mutasiyaya uğramış virusun immunitet üçün “görünməz ”olması nəticəsində situasiyanın başvermə riskinin aşağı düşməsi barədə danışmaq mümkün olacaq.
Xatırladaq ki, rəsmi olaraq “Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus” (MERS) adını almış yeni koronovirus ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. Ötən üç il ərzində 1142 yoluxma və 465 ölüm halı qeydə alınıb.