“Vokruq sveta” jurnalında Şəki mətbəxindən bəhs edən məqalə dərc olunmuşdur
Bakı, 11 may (AZƏRTAC). Rusiyada nəşr olunan və dünyanın əksər ölkələrində yayılan “Vokruq sveta” jurnalının 2011-ci il aprel nömrəsinin “Qastronomiya səyahəti” rubrikasında Şəki mətbəxindən bəhs edən “Şəki oazisi” sərlövhəli geniş material dərc olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, jurnalın oxucuları Şəkinin özünəməxsus mətbəxinin timsalında Azərbaycanın zəngin mətbəx mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Məqalədə Şəki paxlavası, külçəsi, plov, kükü, piti kimi yemək və şirniyyatlar, habelə bu diyarın şərabçılıq ənənələri haqqında geniş məlumat verilmiş, onların hazırlanma qaydaları göstərilmişdir.
Azərbaycanın rəngarəng mətbəx mədəniyyəti və özünəməxsusluğu xüsusi tərzdə dünya oxucularının nəzərinə çatdırılması Azərbaycan turizminin inkişafı üçün geniş perspektivlər vəd edir.
“Vokruq sveta” jurnalında nəşr olunmuş yuxarıda adıçəkilən material Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmışdır.
Eyni zamanda, 2010-cu ildə “Azərbaycanı kəşf edək. Bələdçi kitablar” layihəsi çərçivəsində “Vokruq sveta” nəşriyyatı tərəfindən Azərbaycan haqqında nəfis tərtibatlı bələdçi-kataloq nəşr edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [14:58]
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub
- 24.08.2026 [16:25]
“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?
- 21.08.2026 [19:09]
İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?
- 20.08.2026 [18:30]