“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?
Bakı, 24 avqust, AZƏRTAC
Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 2026-cı ilin yanvar-iyul ayları ərzində, ümumilikdə, 104 min 929 turist ziyarət edib. Onlardan 12 min 145 nəfəri yerli, 92 min 784 nəfəri əcnəbi vətəndaşlardır. Qoruğu ziyarət edən xarici turistlər arasında Hindistan, Rusiya, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, İsrail, Çin, Qazaxıstan, Almaniya və Əlcəzair vətəndaşları üstünlük təşkil ediblər.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin yeddi ayı ərzində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ödənişsiz ziyarət edənlərin sayı isə 8 min 241 nəfər olub.
Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhid ailəsinin birinci dərəcəli üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [19:09]
İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?
- 20.08.2026 [18:30]
Azərbaycana turist gətirən çarter aviareyslər subsidiyalaşdırılacaq
- 20.08.2026 [17:47]
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
- 20.08.2026 [17:40]
Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək
- 20.08.2026 [17:24]