Xalq Şairi Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tanınmış şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət Xadimi, professor Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev yubilyarı 80 yaşının tamam olması münasibətilə təbrik etmişdir.
Ə.Abdullayev Nəriman Həsənzadənin Azərbaycan filologiya elminin inkişafı istiqamətində gördüyü işləri xatırlatmış, onun pedaqoji və tərcüməçilik fəaliyyətindən, apardığı tədqiqatların müstəsna əhəmiyyətindən, incə qəlbli şair kimi öz peşəsinə vurğunluğundan danışmışdır. Natiq yubilyarın “Bir az möhlət istəyirəm ömürdən”, “Könlüm şeir istəyir”, “Mənim nikahımı pozdu təbiət”, “Zümrüd quşu”, “Yaşamaq gözəl şeydir, qardaşım” və s. kitablarının oxucular tərəfindən sevildiyini diqqətə çatdırmışdır.
Nəriman Həsənzadənin bu illər ərzində qazandığı bütün uğurların həqiqətən də onun mənalı ömrünün dolğunluğunun parlaq təzahürü olduğunu vurğulayan Ə.Abdullayev, şairin dövlətçiliyimizə və ulu öndər Heydər Əliyev siyasətinə sədaqətini və bu ideyaların yorulmaz təbliğatçısı olduğunu bildirmişdir. O, yubilyara böyük yaradıcılıq həvəsi, elmdə yeni-yeni uğurlar arzulamışdır.
Tədbir bədii hissə ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]