Xankəndidə “Qubadlıda susan ürək” kitabının təqdimatı olub
Xankəndi, 3 iyul, AZƏRTAC
İyulun 3-də Xankəndi şəhərində şəhid mayor Rəhim Hüseynovun xatirəsinə həsr edilən “Qubadlıda susan ürək” kitabının təqdimatı olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edənlər Rəhim Hüseynovun hərbçi kimi peşəkarlığından, vətənpərvərliyindən və gənclər üçün örnək olan həyat yolundan danışıblar.
Müəllif Sevinc Rza bildirib ki, Qubadlı rayonunda tabor komandiri olmuş şəhid mayor Rəhim Hüseynovun həyat və döyüş yolunun kitaba köçürülməsi, onun xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir – Tahir Ağaməmmədov