XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Ukrayna Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Boris Aleksenkonı qəbul etmişdir.
Görüş zamanı səfir B.Aleksenko Ukrayna Respublikasının xarici işlər naziri Anatoliy Zlenkonun səmimi salamlarını nazir Vilayət Quliyevə çatdırmış və Azərbaycan Respublikasına səfər etmək dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirmişdir.
Səfir B.Aleksenko Ukrayna ilə Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirərək əlaqələrin daha da inkişafına tərəfdar olduğunu vurğulamişdir.
V. Quliyev Ukrayna xarici işlər naziri A.Zlenkonun Azərbaycana səfərinin iki ölkə arasındakı işgüzar əlaqələrin möhkəmlənməsi və genişlənməsi üçün faydalı olacağına inam yaratdığını qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]