XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Hlin Baldvinzdottiri qəbul etmişdir.
Nazir Vilayət Quliyev xanım Hlin Baldvinzdottiri nümayəndəliyin rəhbəri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edərək, onun Azərbaycanda səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirmişdir. Nazir Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın vəziyyətinə düşmüş 1 milyona yaxın soydaşımızın ağır şəraitindən və münaqişənin Azərbaycanın bir sıra sahələrinə vurduğu ziyandan söhbət açmışdır.
Xanım Hlin Baldvinzdottir BQXQACF-nın Azərbaycan nümayəndəliyinin əvvəlki fəaliyyət istiqamətləri ilə naziri tanış etmiş və ölkəmizdə işləyəcəyi müddətdə öz təcrübəsindən istifadə edərək, rəhbərlik etdiyi qurumun işini gücləndirməyə çalışacağını bildirmişdir.
Nazir Vilayət Quliyev xanım Hlin Baldvinzdottirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamış və Azərbaycan tərəfinin də qarşılıqlı əməkdaşlıq naminə köməyini əsirgəməyəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]