Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar “Funda” Tibb Mərkəzində pulsuz müayinə olunmuşlar
Bakı, 15 fevral (AZƏRTAC). “İrəli” İctimai Birliyi (İB) tibb klubunun təşkilatçılığı, “Magic Land” uşaq bağçası və “Funda” Tibb Mərkəzinin dəstəyi ilə “Dünya Uşaq Xərçəngi Günü: Streotipləri ifşa et” layihəsinin icrasına başlanılmışdır.
“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində xərçəng xəstəliyindən əziyyət çəkən 15 uşaq “Funda” Tibb Mərkəzində pulsuz müayinə olunmuşdur.