Xəstənin çanaq sınığı uğurla əməliyyat olunub
Bakı, 11 fevral, AZƏRTAC
Bir həftə əvvəl travma almış xəstə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına çanaqda sınıq olması ilə əlaqədar müraciət edib. Müayinələr nəticəsində 60 yaşlı xəstənin çanağında qəlpəli sınıq diaqnozu təsdiqlənib. Xəstə təcili əməliyyata götürülüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, iki saat davam edən əməliyyat uğurla başa çatıb.
Əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya-ortopediya şöbəsinin müdiri, dosent Cəfər Nəsirli, mikrocərrah Nicat Səttarov, rezidentlər Kənan Quliyev, Turan İsgəndərzadə və əməliyyat tibb bacısı Şəhanə Şükürovadan ibarət komanda tərəfindən aparılıb.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]