Xətai rayonunda Ümummilli Liderin 95 illiyi möhtəşəm konsert proqramı ilə qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Xətai rayonunda Heydər Əliyev adına parkda Ümummilli Liderin 95 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşır Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonaqlar, rayonun idarə və müəssisə rəhbərləri, rayon sakinləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konsertə Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərinin, Belarusun paytaxtı Minsk şəhərinin Leninsk rayonunun və yaponiyalı qonaqlar da qatılıb.
Səhnəyə bir-birindən maraqlı çıxışları ilə izdihamı coşduran tanınmış müğənnilər çıxıb.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.