Xətai rayonunda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Zəfər Günü münasibətilə Xətai rayonunda Polad Həşimov, G.Mehmandarov, G.Şıxlinski küçələrində, Gəncə prospektində, Gənclik parkında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Tədbirdə Xətai rayon rəhbərliyi, idarə və təşkilatlar, könüllülər, fəal gənclər iştirak ediblər.
Ağacəkmə kampaniyasında 400-dən çox müxtəlif növ ağaclar əkilib, təmizlik-abadlıq işləri aparılıb, habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilib.