Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xeyirxahlıq rəmzi

Xeyirxahlıq rəmzi

Bakı, 26 avqust, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetinin 23 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Məşhur adamlar haqqında yazmaq çətindir. Öz ölkəsinin hüdudlarından uzaqlarda da məşhur olan insan barədə təzə nə demək olar? Axı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı həqiqətən bütün dünyada tanıyırlar. Hər halda çox məşhur və eyni zamanda, bizə tanış olmayan bu qadının portretinə bəzi ştrixlər əlavə etməyə çalışacağıq.

Açıq ürəklə

Hər bir ensiklopediyada oxumaq olar ki, Mehriban Əliyeva - azərbaycanlı ictimai və siyasi xadim, Azərbaycan Prezidenti İlham Əliyevin xanımı, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə işçi qrupun rəhbəri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Bəs bu statuslar siyahısının arxasında nə dayanır? Müasir, məlahətli, qeyri-adi dərəcədə gözəl qadını xeyriyyəçiliklə və ictimai fəaliyyətlə məşğul olmağa məcbur edən nədir? Təkcə həyat yoldaşının - Azərbaycan Prezidenti İlham Əliyevin vəzifəsinə “uyğun olmaq” istəyimi? Onun xarici görkəmi ilə bütün bu işlərdə iştirak etmədən də buna uyğun olmaq mümkün idi. Lakin mənə belə gəlir ki, hər bir insanın məqsədlərinin müəyyən yuxarı həddi, müəyyən həyat oriyentiri var. İnsan öz həyatını ona müvafiq qurur. Əgər birisi mənzil-maşın-əməkhaqqı şəklində firavanlıqla kifayətlənirsə, digəri üçün çox vacibdir ki, onun ətrafında xoşbəxt insanların sayı mümkün qədər çox olsun. Mehriban xanım məhz bu cür xadimlərdəndir. O, məhz bunu istəyir. Buna görə də mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya sahələrində çoxsaylı humanitar layihələrdə iştirak etməklə çox böyük sayda insana kömək edir. Bunu açıq ürəklə, təmiz qəlblə edir - bunu yalnız xeyirxah insanlar edə bilər. Yeri gəlmişkən, bu gözəl qadının adının mənası da “xeyirxahlıq, şəfqət, səmimiyyət, açıqlıq” deməkdir.

Şəfqət prinsipləri əsasında

Mehriban xanım ixtisasca həkimdir, vaxtilə məşhur Seçenov İnstitutunu fərqlənmə diplomu ilə bitirib. İllər keçəndən sonra ona Seçenov adına birinci Moskva Tibb Universitetinin fəxri professoru adı verilib və Mehriban Əliyeva bu münasibətlə keçirilən təntənəli mərasimdəki çıxışında həkimlik peşəsi barədə çox qiymətli sözlər söyləyərək deyib: “Bu, ürək və qəlb peşəsidir. Bu, başqasının halına yanmaq və şəfqət elmidir. Bu, başqasının iztirablarına şərik olmaq bacarığı, köməyə ehtiyacı olan insana yardım əli uzatmaq bacarığı, altruizmdir”.

O, özünün hər bir fəaliyyətində, o cümlədən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində də məhz bu prinsiplərə əsaslanmağa çalışır. Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun işinin ilk günlərindən onun fəaliyyətinin prioritet istiqamətləri müəyyən edilib: təhsil, səhiyyə, gənc nəslə kömək, ətraf mühitin qorunması, Azərbaycanın zəngin mədəni irsinin təbliği, mədəniyyətlərarası əməkdaşlıq sahəsində layihələr. Fondun dəstəyi ilə Azərbaycanın ucqar bölgələrində 200 müasir məktəb tikilib, səhiyyə sahəsində layihələr, o cümlədən ürək-damar xəstəliklərindən əziyyət çəkən, dayaq-hərəkət aparatında problemləri olan uşaqlara kömək layihələri həyata keçirilib, musiqi festivalları və idman bayramları təşkil edilir, istedadlı gənclər fəal dəstəklənir. Bütün bunlar Fondun ölkə daxilindəki fəaliyyətinin az bir hissəsidir. Lakin Heydər Əliyev Fondu xarici ölkələrdə - Pakistanda, Rumıniyada, İtaliyada, Fransada, Haitidə də layihələr həyata keçirir. Heydər Əliyev Fondunu Rusiya, xüsusən Həştərxan vilayəti ilə sıx münasibətlər bağlayır.

Məhəbbət və minnətdarlıqla

Heydər Əliyev Fondunun dəstəyi ilə regionumuzda nə işlər görüldüyünü biz həştərxanlılar yaxşı bilirik. İki dövlət arasında dostluq münasibətləri kontekstinə Privoljye körfəzi sahil küçəsi, Heydər Əliyev adına park, yeni Dostluq körpüsü, uşaqlar üçün oyun şəhərciyi - Həştərxan uşaqlarının sevimli istirahət yeridir. Eyniadlı məbədin yaxınlığında abadlaşdırılmış meydanda mələksima Knyaz Vladimirin abidəsi, əsaslı təmir edilmiş 11 nömrəli orta ümumtəhsil məktəbi, bu yaxınlarda ilk sakinlərini qəbul etmiş yeni gözəl uşaq bağçası, Nərimanov şəhərindəki park... Fondun bizim regionda həyata keçirdiyi və həyata keçirtməkdə davam etdiyi bütün bu dəyişikliklərin ilham mənbəyi Heydər Əliyevi həmişə məşhurlaşdıran xeyirxah işləri ləyaqətlə davam etdirən Mehriban Əliyevadır. Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin şagirdləri və müəllimləri artıq neçə ildir ki, yay və qış tətillərini Bakıda keçirir, ən yaxşı şagirdlər Fonddan təqaüd alırlar.

Kişilər məni bağışlasın, amma dostluq münasibətlərinin bu cür davamını yalnız qadın təklif edə bilərdi. Mehriban xanım həmişə müxtəlif bölgələrdə uşaqların necə yaşamasını, onların nəyə ehtiyacı olmasına, bir qadın və ana kimi onun fikrincə bu uşaqları nə ilə sevindirmək olacağına fikir verir. 11 nömrəli məktəbin direktoru Tatyana Tixomirova deyir: “Bakıda keçirilən tətillər elə bir bayramdır ki, bizim uşaqlar onu bəlkə də ömürlük yadda saxlayacaqlar. Bu bayramı yalnız səxavətli və xeyirxah ürəkli insan hədiyyə edə bilər. Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məhz belə insandır. Bizim məktəbə göstərdiyi daimi diqqətinə görə sağ olsun”.

Ağac budaqları

Məsəl var: “Dostunun kim olduğunu mənə de, mən sənin kim olduğunu deyim”. Eyni qayda ilə birisinin uşaqlarını tanıyanda həmin adamın özü barəsində mühakimə yürütmək olar. Əliyevlər cütlüyünün üç övladı və artıq dörd nəvələri var. Bütün uşaqlar yaxşı tərbiyə və təhsil alıblar. Lakin həştərxanlılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı şəxsən tanıyırlar. Mehriban xanımın böyük qızı bir neçə dəfə Həştərxana gəlib və onun səfərləri həmişə regionun həyatında və iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisələrlə əlamətdar olub. Həştərxanlılar Leylanı əslində öz həmyerliləri hesab edirlər. Gözəl Leyla Fondun işində anasının əsas köməkçisidir. Əgər Mehriban xanım bizim regionda Fondun fəaliyyətinə nəzarət etməyi qızına həvalə edirsə, deməli, ona tam etibar edir. Etimad isə yalnız yaxın insanlara, sənin fəaliyyət xəttini qəbul edən, sənin hərəkətlərini bəyənən, birgə məqsəd və vəzifələri anlayan insanlara göstərilə bilər. Mehriban xanım ləyaqətli qız tərbiyə edib, ona gözəllik və ağıl ilə bərabər, həm də laqeydlikdən uzaq ürək bəxş edib. Əliyevlərin üç övladı onları tanıyanların hamısına xeyirxahlıq və sevgi bəhrəsi verən bir ağacın budaqları kimidir. Mehriban xanımın analıq sevgisi əsas işini görüb: o, öz uşaqlarına insanları sevməyi və bu sevgini bölüşməyi öyrədib, çünki bu hiss olmasa xeyirxah işlər görmək mümkün deyil.

Əsas mükafat

Mehriban Əliyevanın “sandığında” nüfuzlu mükafatlar az deyil. 2005-ci ildə o, “İlin qadını” adına layiq görülüb. Mehriban Əliyeva “Şərəf Legionu” ordeni ilə təltif edilib. O, dünyada “Yaqut Xaç” ordeni ilə mükafatlandırılmış ilk qadındır. Azərbaycan Prezidentinin xanımı bu mükafatı “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun alıb. Lakin Mehriban Əliyevanın özünün dediyi kimi o, həyata keçirdiyi geniş xeyriyyəçilik fəaliyyətinə görə ona təqdim edilmiş “Qızıl ürək” Rusiya mükafatını bütün başqa mükafatlardan artıq qiymətləndirir. Ona “Birlik ulduzları” nominasiyasında dövlətlərarası mükafat da verilib. Bu təltifə əlavə edilən pul mükafatını Mehriban xanım doğma Seçenov İnstitutunun elmi bazasının inkişafına yönəldib.

Onun çoxsaylı təltifləri arasında “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni də var. Azərbaycanın birinci xanımına bu ordeni 2014-cü ilin oktyabr ayında Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təqdim edərək vurğulayıb ki, regionun Fond ilə əməkdaşlığı gözəl mehriban qonşuluq münasibətləri nümunəsidir. Bu nümunə sübut edir ki, müxtəlif millətlərdən olan insanlar, müxtəlif ölkələrin nümayəndələri bir dildə - sülh və dostluq dilində danışa bilərlər.

Mehriban xanımdan soruşsanız ki, onun üçün ən əsas təltif nədir, cavabında eşidərsiniz: insanların hörməti. Planetimizin müxtəlif guşələrindən minlərlə insan Mehriban xanıma həqiqətən çox qiymətli olan bu hədiyyəni bəxş edir - onun tükənməz xeyirxahlığına, səmimiyyətinə və dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdığına görə.

Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Adətən qadınlar öz yaşlarını gizlədir. Biz də bu ənənəni pozmayacağıq, hərçənd hansı tarixi desək, ona inanmaq çətindir. Mehriban xanım çox gənc görünür, o, qeyri-adi dərəcədə gözəldir (bəlkə də gəncliyində olduğundan da gözəldir), onun gözlərindən nur yağır. Gözlərin nurlu olması isə xoşbəxtliyin ən dəqiq əlamətidir. Qoy bu xoşbəxtlik uzun müddət davam etsin! Doğum gününüz mübarək, Mehriban xanım!

Marina Parenskaya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb