Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər İsayev: Azərbaycan dünyada ədalət prinsiplərinə sadiq ölkə kimi tanınır

Xəzər İsayev: Azərbaycan dünyada ədalət prinsiplərinə sadiq ölkə kimi tanınır

Bakı, 3 may, AZƏRTAC

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın qısa müddətdə sürətli inkişafı, ilk növbədə, bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Dinamik inkişaf edən Azərbaycan idman sahəsində də misilsiz nailiyyətlər qazanıb. Bu uğurlar arasında yeni idman infrastrukturunun yaradılması, təmsilçilərimizin ən mötəbər yarışlarda mühüm nailiyyətlər qazanması, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili xüsusi yer tutur. Beynəlxalq idman tədbirlərinin ölkəmizdə təşkili artıq ənənə halını alıb. Azərbaycanda yüksək səviyyədə keçirilmiş birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, Formula 1 Azərbaycan Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər Azərbaycanın bu sahədəki potensialını nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə tanınması və təbliği baxımından da böyük əhəmiyyət kəsb edir.

Əlbəttə ki, Azərbaycan idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də marağına səbəb olur. Məhz bunun nəticəsidir ki, ölkəmizə beynəlxalq qurumlar tərəfindən etimad göstərilir. Sevindirici haldır ki, paytaxtımızda ən mötəbər yarışların keçirilməsi ilə yanaşı, həmyerlilərimiz də bir sıra beynəlxalq qurumlarda rəhbər vəzifələrdə təmsil olunurlar.

Bu günlərdə Budapeştdə keçirilən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclasında BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Bakıda yaradılması qərara alınıb. İcraiyyə Komitəsi üzvlərinin yekdil səslərinə əsasən, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev 9 dövləti əhatə edən (Azərbaycan, Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan, İran) BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilib.

BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin fəaliyyəti ilə bağlı Mərkəzin prezidenti və MOK-un vitse-prezidenti Xəzər İsayev AZƏRTAC-ın müxbirinə müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Xəzər müəllim, ilk növbədə, sizi BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İstərdik, Mərkəzin yaradılması təşəbbüsü barədə məlumat verəsiniz.

- Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası cənab İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. Cənab İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) üzvü olub. Həmin vaxt ardıcıl iki il təşkilatın tədbirində ölkəmizi Olimpiya çempionu Rəfiqə Şabanova, sonrakı il MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdi. 2000-ci ildən Azərbaycan Ədalətli Oyunlar Komissiyasının rəhbəri olaraq ölkəmizi qitə və dünya Ədalətli Oyunlar təşkilatlarının tədbirlərində təmsil edirəm.

Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatları ilə sıx əməkdaşlıq edirik. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə isə Avropa və Beynəlxalq Ədalətli Oyunlar hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala-gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı ilə təltif edilib. 2015-ci ildə isə dövlətimizin başçısına Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya isə Avropa Ədalətli Oyunlar Hərəkatının ordeni təqdim olunub. Bu sahəyə ölkəmizdə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, beynəlxalq qurum Azərbaycana etimad göstərərək Mərkəzin məhz Bakıda yaradılmasına qərar verib. Yaradılan yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq işlərimizin bundan sonra da uğurla davam edəcəyinə əsas verir.

- Maraqlıdır, Ədalətli Oyunlar İnkişaf Mərkəzinin əsas fəaliyyəti nədən ibarət olacaq?

- Azərbaycan dünyada ədalət prinsiplərinə sadiq ölkə kimi tanınır. Biz çalışacağıq ki, AzƏOK ilə Mərkəzin fəaliyyətini birgə həyata keçirək. Bildiyiniz kimi, AzƏOK tərəfindən indiyədək bir sıra uğurlu tədbirlər həyata keçirilib. Mərkəzin əsas fəaliyyəti idmançı, hakim, məşqçi və mütəxəssislərə ədalət prinsipini aşılamaq, insanları bu ruhda yaşamağa dəvət etməkdir.

İdman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdən biri olmaqla yanaşı, ədalətli mübarizəni, sağlam həyat tərzini təbliğ edir, insanın fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Təəssüf ki, dünyanın bəzi ölkələrində bu sahəyə demək olar ki, diqqət yönəldilməyib. Bunun nəticəsidir ki, hazırda dünya idmanında haqsızlıqlar baş alıb gedir.

Mərkəz bu haqsızlıqlara, nizam-intizamdan kənar hərəkətlərə və ədalətsizliyə qarşı maarifləndirmə işləri həyata keçirəcək. Dünya idmanı hazırda dopinq qalmaqalları ilə üzləşib. Qadağan olunmuş preparatlardan istifadə ədalət prinsiplərinə zidd addımdır. Həmçinin hakimlərin idmançılara qarşı qərəzli mövqedən çıxış etməsi istiqamətində də maarifləndirmə işinin aparılması vacibdir. Hakimlərin qərəzli yanaşması idmançıların gələcək karyerasının zədələnməsinə, hətta onların idmandan uzaqlaşmasına gətirib çıxarır. Paralimpiyaçı idmançılar ədalət prinsiplərinin önündə dururlar. Belə ki, sağlam həyat tərzi ilə yaşamaq, idman arenasında əzmkarlıq nəticəsində möhtəşəm qələbələrin qazanılması, ruh yüksəkliyi və həyat eşqi bu idmançıların amalıdır. Biz çalışacağıq ki, bu amilləri Mərkəzə üzv olan ölkələrdə təbliğ edək.

Universitetlərdə, məktəblərdə, həmçinin uşaq bağçalarında görüşlərin təşkil olunması istiqamətində işlər görülür. Bu layihə vasitəsilə uşaqlara və gənclərə ədalətli oyunların ideyası, fəlsəfəsi və amalı çatdırılmalıdır. Mərkəzin fəaliyyəti zamanı aidiyyəti qurumların işindən də istifadə edəcəyik. İl ərzində 4-5 tədbirin təşkil olunması nəzərdə tutulub. Maarifləndirmə tədbirlərinin təkcə paytaxtda deyil, bölgələrdə də keçirilməsi nəzərdə tutulub. Mərkəz ildə bir dəfə üzv ölkələrin Bakıda görüşünü təşkil edəcək. Əgər Mərkəzə üzv ölkələr bu tədbirlərə ev sahibliyi etmək üçün müraciət etsələr, təbii ki, biz tədbirin təşkilini onlara həvalə edə bilərik. Mərkəzin loqosu, şəxsi hesabı olacaq və rəsmi internet səhifəsi fəaliyyət göstərəcək.

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti və İcraiyyə Komitəsinin üzvü Erdoğan Arıpınar ilə apardığımız müzakirələrdən sonra qərara gəldik ki, Mərkəzdə prezident ilə yanaşı, vitse-prezident və baş katib də fəaliyyət göstərsin. Bundan əlavə, praktiki məsələlərin həlli üçün əlavə işçilər də olacaq. Çalışacağıq ki, Mərkəzin əməkdaşları sırasında xarici ölkə vətəndaşları da olsun. Əgər Mərkəzin strukturu yerli mütəxəssislərdən ibarət olsa, qurumun yalnız Azərbaycan ilə bağlı olduğu düşünülə bilər. Qeyd edim ki, gələcəkdə Mərkəzə üzv olan ölkələrin sayı arta bilər.

- Bildiyimizə görə, bu il BƏOK-un 2017-ci ilin yekununa əsasən müəyyən edilən mükafatlarının təqdimetmə mərasimi Bakıda olacaq. Bu haqda nə deyə bilərsiniz?

- Sentyabrın 20-27-də Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatı çərçivəsində BƏOK-un qala-gecəsi keçiriləcək. Artıq BƏOK ilə Beynəlxalq Cüdo Federasiyası arasında bu istiqamətdə müqavilə imzalanıb. Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alan qurumlar mötəbər tədbirin təşkilini ölkəmizə həvalə ediblər. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da bu barədə məlumatlıdır və onunla qala-gecə haqqında fikir mübadiləsi aparmışıq. Bu tədbir ölkəmizdə ikinci dəfə təşkil olunacaq. Bu da Azərbaycanın ədalət prinsiplərinə sadiqliyinin nümunəsidir.

Qeyd edim ki, qala-gecədə dörd nominasiya üzrə mükafatların sahibləri məlum olacaq. Bunlar “Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Barotra” və “Villi Daum” mükafatlarıdır. Qeyd edim ki, bu nominasiyalar üzrə mükafatları almaq üçün müxtəlif ölkələrdən 41 namizəd müraciət edib. BƏOK tərəfindən artıq qaliblərin adları müəyyənləşib. Bu mükafatlar öz sahiblərinə sentyabrda Bakıda təqdim ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK