DÜNYA
“Xiaomi” özünün ilk smart-saatını təqdim edib
![“Xiaomi” özünün ilk smart-saatını təqdim edib](/files/2019/3/1200x630/15729673025010052709_1200x630.jpeg)
Bakı, 5 noyabr, AZƏRTAC
Çinin “Xiaomi” kompaniyası özünün ilk smart-saat modelini təqdim edib və onlara ilkin sifarişlər alıb.
AZƏRTAC istehsalçının “Weibo” sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir ki, saatlar 1,78 düymlük (təxminən 4,5 santimetr) sensorlu AMOLED ekranla təchiz olunub. Cihaza quraşdırılan 570 milliamper həcmli akkumulyator ona fasiləsiz olaraq 36 saat işləmək imkanı yaradır.
Bir çox smartfon funksiyası daşıyan qurğudan zəng vurmaq, internetə qoşulmaq, NFC modulu ilə ödəniş etmək, həmçinin proqram yükləmək mümkündür. Bu funksiyalar müstəqil fəaliyyət göstərir və onu telefona qoşmaq vacib deyil.
4G standartı ilə işləyən smart-saatın satışları noyabrın 11-dən başlayacaq. Qurğunun baza modelinin qiyməti 1299 yuan (təxminən 185 dollar), premium modelinin qiyməti isə 1999 yuan (təxminən 285 dollar) təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:31]
Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var
- 03.07.2024 [12:58]
Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb
- 03.07.2024 [12:43]
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
- 03.07.2024 [12:26]
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
- 03.07.2024 [11:58]
Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb
- 03.07.2024 [11:48]
BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur
- 03.07.2024 [11:46]