Azərbaycan Dövlət İnformasiya Agentliyi

XORVATİYA PREZİDENTİ STEPAN MESİÇİN ÇIXIŞI

XORVATİYA PREZİDENTİ STEPAN MESİÇİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İcazə verin, sizin hamınızı burada salamlayım. Mən olduqca şadam ki, bu gün burada, iqtisadi forumda sizinlə görüşmək imkanımız oldu. Burada çox sayda iş adamları toplaşıb və onların müəyyən hissəsini Xorvatiyanın iş adamları təşkil edir. Ən mühümü isə odur ki, Prezident Əliyev bu tədbirdə bizimlə birlikdə iştirak edir. Mən onun çıxışına diqqətlə qulaq asdım, o, Xorvatiya-Azərbaycan iqtisadi əməkdaşlığına dair, demək olar ki, bütün maraqlı məqamları vurğuladı.

O ki qaldı ikitərəfli münasibətlərimizin inkişafına, biz buna lazımi diqqəti yetiririk. Biz bu əməkdaşlığı fəallaşdırırıq. İstəyirik ki, bu əməkdaşlığı gücləndirək və BMT vasitəsilə bunu daha yüksək səviyyəyə qaldıraq. Biz bu gün cəmiyyətimizin bütün sahələrində bu əməkdaşlığı inkişaf etdirmək arzusundayıq. Sadəcə, hesab edirəm ki, biz təkcə dövlət-hökumət səviyyəsində səfər mübadiləsi ilə kifayətlənməməli, digər təmasları da axtarmalıyıq. Misal üçün, bizim iki səfərimizdən sonra Prezident Əliyevlə qurduğumuz şəxsi dostluq münasibətləri bunun üçün yaxşı bir əsasdır. İstəyirik ki, bizim parlamentlər, nazirliklər arasında əməkdaşlıq baş tutsun. Ən əsası isə, istəyirik ki, bizim işgüzar dairələr əməkdaşlıq etsin.

Bir sözlə, bu məntiqi bir əlaqədir ki, bizim ölkələrimizin vətəndaşları da bir-birini tanısınlar. Prezident Əliyevin qeyd etdiyi kimi, Xorvatiya turizm ölkəsidir. Biz sözün əsl mənasında qonaqpərvər millətik, sizin turistlərinizi də qəbul etməyə hazırıq. İstəyirik ki, bizim də turizm təşkilatları sizin təşkilatlarla əməkdaşlıq etsin. Çünki biz Azərbaycanda gördüyümüzü, təbii ki, öz vətəndaşlarımıza tövsiyə edə bilərik. Yaxşı olardı ki, bizim turistlər də Azərbaycanı ziyarət etsinlər. Hesab edirəm ki, biz turizm sahəsində böyük nailiyyətlər əldə edə bilərik. Xorvatiya vasitəsilə Azərbaycan və onun iqtisadiyyatı nəinki bizim bazarımıza, eyni zamanda, qonşularımızın bazarına da çıxış əldə edə bilər.

Bildiyiniz kimi, biz keçmiş Yuqoslaviyanın bir hissəsi olmuşuq. Yuqoslaviya dağıldıqdan sonra orada olan bütün respublikalar müstəqilliyini qazandı. Amma əfsuslar olsun ki, Çexiya və Slovakiyada olduğu kimi, bizdə bütün işlər o qədər də hamar getmədi. Çünki onlar sülh yolu ilə ayrıldılar. Biz isə öz ərazilərimizi hərbi yolla qorumalı idik, ordumuzu qurmalı idik. Müharibə başa çatdı, digərləri kimi, biz də çox böyük itkilər verdik, amma sərhədlərimiz bir millimetr də dəyişmədi. Hərbi müdaxilə nəticəsində dağıntılara baxmayaraq, biz öz ölkəmizin ərazisində bərpa işlərini apara bildik, çox işlər gördük. Biz sənayemizin yeni imkanlarını yaratdıq. Ən vacibi isə ondan ibarətdir ki, biz öz yeni mütəxəssislərimizi öyrətdik. Ona görə də biz indi digər ölkələrlə uğurlu əməkdaşlıq apara bilərik.

Prezident Əliyev burada qeyd etdi ki, biz Avropa İttifaqı ilə danışıqlar aparırıq. Bu, təbii faktdır. Biz istəyirik Avropa İttifaqının üzvünə çevrilək. Əslində, bu, əsrin bir hadisəsi olardı. Biz 2010-cu ildə Avropa İttifaqına üzv ola bilərik. Danışıqlar hazırda çox uğurla gedir. Amma bu, qapalı dairə deyil, Avropa birləşməlidir. İndi Avropa sözün əsl mənasında birləşməkdədir. Bir vaxt gözəl bir gün gələcək və bütün sərhədlər açılacaq, Avropa böyük bir vahid məkana çevriləcəkdir. Onda müharibə hər hansı bir münaqişənin həlli vasitəsinə, alətinə çevrilməyəcəkdir. Avropa digər regionlara da yaxınlaşmalıdır, oradakı münaqişələr də bu yolla aradan qalxa bilər, ölkələr daha uğurla əməkdaşlıq edə bilər. Avropada tarixdə baş vermiş müharibələr, o cümlədən Avropanın sərhədlərindən kənarlarında olmuş münaqişələr və toqquşmalar hər zaman ya enerji resurslarına və yaxudda ərzaq məhsullarına görə aparılırdı. Ərzaq məhsulları və energetika təbii ki, vacib bir məsələdir. Amma bununla təcavüzü əsaslandırmaq olmaz. Təcavüzkar deyir ki, mən öz milli azlığımı müdafiə edirəm və digər ölkəyə hücum edir. Amma bu, sadəcə, bir səbəb kimi gətirilir. Əslində, bu, digər ərazini tutmaq üçündür. Hitler də o vaxt digər ölkələrin ərazilərini ələ keçirəndə bunu onunla əsaslandırırdı ki, misal üçün, guya Dunay almanlarını və yaxud da pomor almanlarını qoruyur. Yaxud, sadəcə, bir səbəb kimi gətirilir ki, Miloşeviç Serbiyanın ərazilərini hərbi vasitə ilə genişləndirmək fikrinə düşəndə, yəni Bosniya və Herseqovinanı ələ keçirməklə deyirdi ki, oradakı serbləri qoruyur. Amma serbləri qorumaq lazım deyildi, onların xorvatlar kimi eyni hüquqları vardı. Onlar Xorvatiya Respublikasının bərabərhüquqlu vətəndaşları idi. Bu, bizim üçün çox baha başa gəldi. Eyni zamanda, serblər üçün də belə oldu. Çünki, yekunda sərhədlər dəyişilmədi. Biz çalışdıq ki, bu problemləri danışıqlar yolu ilə həll edək. Amma yekunda məcbur olduq hərbi vasitələrə əl ataq.

İndi biz ümumi regionda yaxşı əməkdaşlıq aparırıq, mən bunu xüsusilə qeyd etmək istəyirəm. Biz istəyirik ki, müharibə zamanı törədilmiş bütün cinayətlərə görə konkret insanlar məsuliyyət daşısınlar. Bu cinayətlər xalqların adına yazılmalı deyil.

Biz bu gün əməkdaşlığımızı davam etdiririk. Baxmayaraq ki, çox ağır, qanlı müharibə getmişdir, yüzlərlə müəssisəmiz Serbiyada işləyir. Onların da firmaları Xorvatiyada fəaliyyət göstərir. Biz hökumət, işgüzar dairələr səviyyəsində qarşılıqlı səfərlər edirik. Onların turistləri Xorvatiyaya gəlir. Praktik olaraq, münasibətlərimizi normal məcraya gətirmişik. İndi bizim keçmiş Yuqoslaviyanın digər ölkələri ilə çox yaxşı əməkdaşlığımız var. Eyni zamanda, digər qonşu ölkələrlə də əməkdaşlıq edirik.

Azərbaycana gəldikdə, yaxşı olardı ki, Azərbaycan Xorvatiya vasitəsilə digər bazarlara çıxış əldə etsin. Siz öz işgüzar təmaslarınızı ölkəmiz vasitəsilə genişləndirə bilərsiniz. Həm sizin ölkəniz, həm də bizim ölkəmiz yüksələn xətlə inkişaf edir. Mənə çox böyük təəssürat bağışlayır ki, sizin ölkə iqtisadi baxımdan göstəricilərinə görə, ötən ilin göstəricilərinə görə ən uğurlu dövlət hesab edilir. Hesab edirəm ki, əməkdaşlıq üçün müəyyən bir təşkilat, baza yaradılmalıdır ki, bunun əsasında bizim ümumi iqtisadiyyatlarımız inkişaf etsin.

Düzünü deyim, mən hər şeyi görə bilmədim. Amma gördüklərimi deyirəm ki, bütün şəhər yeniləşir, yeni obyektlər tikilir. Bu şəhərə 3-4 ildən sonra gələn şəxs sizin şəhərinizi çətin ki, tanısın. Biz Azərbaycanın və Xorvatiyanın inkişaf sürətini nəzərə alsaq, özümüz bir neçə ildən sonra ölkələrimizi tanıya bilməyəcəyik. Bütün bunlara çox böyük vəsait lazımdır. Biz inkişaf etməliyik, şərtləri formalaşdırmalıyıq, biliklərimizi təkmilləşdirməliyik, infrastrukturumuzu inkişaf etdirməliyik. Təbii ki, bu sahələrdə əməkdaşlıq edə bilərik. 2010-cu ildə biz avtomobil yollarımızın sonuncu kilometrlərini çəkəcəyik. Beləliklə, bizim bütün şəhərlərimiz bir-biri ilə avtomobil yolları ilə bağlanacaqdır. Bu, turizm üçün olduqca vacibdir. Amma avtomobil yolunu çəkərək, infrastrukturu quraraq çox güclü inşaat firmaları formalaşdırmışıq. Onlar sizin firmalarınızla əməkdaşlıq edə bilər. Biz birgə müəssisələr yarada bilərik. Bizim böyük təcrübəmiz var, yaxşı Avropa avadanlığımız var. Biz dünyada tanınmış bir çox şirkətlərlə - Mavritaniya, Misir, Əlcəzair, Liviya, Albaniya kimi ölkələrdə neft və qaz yataqlarının işlənilməsi sahəsində işləyən şirkətlərlə əməkdaşlıq edirik. Şirkətlərimiz həmin ölkələrdə özlərini uğurlu tərəfdaş kimi göstəribdir.

Bizim öz enerji resurslarımız yoxdur. Təbii ki, biz bu baxımdan digər ölkələrdən asılıyıq. Ona görə biz digər ölkələrdən, o cümlədən sizin ölkənizdən, Azərbaycandan enerji məhsullarının idxalında maraqlıyıq. Təbii ki, Avropanın bir yox, bir çox enerji təchizatı mənbəyi olmalıdır ki, biz enerji təhlükəsizliyimizi təmin edək. Yalnız bu yolla gedərək, biz güclü iqtisadiyyatı qura bilərik.

Cənab Prezident burada bizim sənayemizin digər sahələrini də qeyd etdi. Bunları yenidən xatırlatmağa ehtiyac yoxdur. Bizim əczaçılıq sənayemiz çox yaxşı inkişaf edibdir. Burada yeni zavodlar tikə bilərik. Onda bir çox dərmanların xaricdən idxalından asılı olmayacaqsınız. Biz Astanada iki böyük xəstəxana tikirik. Belə xəstəxananı burada da tikə, bu sahədə əməkdaşlıq edə bilərik. Eyni zamanda, kənd təsərrüfatı və emal sahəsində işbirliyi qurmaq olar. Bütün bunlar sizdən və işgüzar dairələrdən asılı olacaqdır. Siz bir-birinizi yaxşı tanımalısınız. Bilirsiniz, riyaziyyat hamı üçün eynidir. Özünüz hesablaya bilərsiniz ki, sizin üçün nə faydalıdır, nə yox, hansı sahədə əməkdaşlıq edə bilərsiniz, hansı sahədə isə əməkdaşlıq etməyəcəksiniz. Siz işgüzar dairələrsiniz. İşgüzar dairələr hər zaman yeni təmasların qurulmasına imkanlar tapacaqlar və bunlar həm sizin firmanız üçün, həm sizin rəhbərliyiniz altında işləyənlər üçün maraqlı olacaqdır. Bu, bütövlükdə ölkəniz üçün vacibdir. Biz iqtisadiyyatdan tutmuş hərbi sənaye kompleksinə qədər bütün sahələrdə işləyə bilərik.

Biz ərazi baxımından bir-birimizdən o qədər də çox fərqlənmirik. Ona görə bizim əməkdaşlıq imkanlarımız daha çoxdur. Biz keçmişdə daha böyük ölkələrin daxilində idik, indi isə müstəqil ölkələrik və biz öz potensialımıza əsaslanırıq. Bu, bizi bir-birimizə yaxınlaşdırır, birləşdirir və bir-birimizə bələdçi rolunu oynayır. Ona görə mən işinizdə sizə böyük uğurlar arzulamaq istəyirəm. İstəyirik ki, gələn bu cür görüş Xorvatiyada baş tutsun. Çünki yaxşı olardı ki, belə bir forum Xorvatiyada da təşkil olunsun, deyərdim ki, daha geniş tərkibdə baş tutsun.

Mən Prezident Əliyevi Xorvatiyaya dəvət etdim. O, Xorvatiyada artıq olub, amma mən hesab edirəm ki, belə səfərlər daha tez-tez baş tutmalıdır. Xorvatiya dost ölkədir, Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.

Çox sağ olun və sizə böyük müvəffəqiyyətlər arzulayıram.

X X X

Sonra biznes forumu öz işini davam etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH